Accessibility links

Honq Konq etirazçıları Çin bayrağını yandırıb


Honq Konqda şənbə günü keçirilən yürüş zamanı etirazçılar Çin bayrağını yandırıb, polis isə etirazçılara qarşı göz yaşardıcı qazdan istifadə edib.

Polis etirazçıları Honq Konqun şimal-şərqində Tuen Munda yüzlərlə insanın iştirak etdiyi yürüşdə zabitlərə su atmaqda ittiham edib. Müxbirlər azı bir nəfərin həbs olunduğunu görüb.

Bu aksiya iyundan bəri Honq Konqda hər həftə sonu keçirilən nümayişlərlə müqayisədə daha kiçik miqyaslı olub. Honq Konqda nümayişlər hökümətin irəli sürdüyü ekstradisiya qanun layihəsinə etiraz olaraq başladı və daha sonra yarı-muxtar ərazidə daha böyük demokratiya tələblərinə çevrildi.

Honq Konq
Honq Konq

Bu etirazlar oktyabrın 1-də hakimiyyətdəki 70-ci ildönümü qeyd edən Çinin hakim Kommunist Partiyasına zərbədir. Honq Konq höküməti ictimai təhlükəsizliklə bağlı narahatlıqları səbəb göstərərək, həmin gün atəşfəşanlıq nümayişini təxirə saldığını elan edib.

Tuen Munda etirazçılar oyun meydançasından hökümət binasına 2 kilometlrik məsafədə yürüş ediblər. Çoxları qara geyimdə olub və hərəkatlarının simvolu olan çətir daşıyıb.

Etirazların çoxu dinc keçirilib, lakin bəziləri hökümət binasının önündəki Çin bayrağını çıxarıb, yandırıb. Hökümət kanalı RTHK bildirib ki, bəziləri Tuen Mun dəmiryolu stansiyasında yanğın şlanqlarına ziyan vurub.

Təşkilatçılar iki saat davam edəcəyi nəzərdə tutulan aksiyanın stansiyadakı hərc-mrəclik səbəbilə bir saat sonra baş çatdığını elan edib.

RTHK bir təşkilatçının polisin silahlı iğtişaş polisi göndərərək gərginliyi artırmasından şikayətləndiyini bildirib.

“Bu etirazçılarla polis arasında gərginliyi artıracaq”, Mayk Mo-nun söylədiyi deyilib.

Başqa bir yerdə isə hökümət tərəfdarları Honq Konq parlamentinin Çin tərəfdarı üzvününün dəmir yolu stansiyalarında etiraz posterlərini dağıtmaq çağırışına əməl etidiyi üçün qarşıdurmalar yaşanıb.

Honq Konqun lideri, baş icraçı Karri Lam ekstradisiya qanun layihəsini geri çəkməyə razılaşıb. Lakin etirazçılar artıq başqa tələblər irəli sürür, o cümlədən öncəki nümayişlərdə polis zorakılığı ilə bağlı şikayətlərin müstəqil təhqiqatına çağırır.

Etirazçılar Pekin və Lamın hökümətinin keçmiş Brtianiya müstəmləkəsi 1997-ci ildə Çinə təhvil verilərkən onlara vəd edilən “yüksək dərəcədə muxtariyyət” və Qərb-stili vətəndaş azadlıqlarını əllərindən aldığından şikayətlənir.

XS
SM
MD
LG