Accessibility links

Tramp və Zelenski impiçment araşdırması fonunda Nyu-Yorkda görüşür


Prezident Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski ABŞ liderinin ukraynalı həmkarına telefon söhbəti zamanı demokrat namizəd və keçmiş vitse-prezident Co Baydenlə bağlı onun oğlu Hanterin Ukraynanın qaz şirkətində işi ilə əlaqədar təhqiqat aparmaq üçün təzyiq göstərməsi haqda məlumatların verilməsindən sonra çərşənbə günü Nyu-Yorkda görüş keçirir.

Tramp və Zelenski arasında telefon söhbəti hazırda Birləşmiş Ştatlarda Konqresin Nümayəndələr Palatasının demokrat spiketi Nensi Pelozinin elan etdiyi impiçment araşdırmasının mərkəzində durur.

Tramp Zelenski ilə telefon söhbəti zamanı Baydenlərin müzakirə edildiyini etiraf edib, lakin Ukrayna liderinə təzyiq göstərilmədiyində təkid edir.

Prezident Tramp telefon söhbətindən öncə öz işçi heyətinə Ukraynaya 400 milyon dollar məbləğində yardımın saxlanmasını dediyini təsdiq edib. Telefon söhbətlərinin açıqlanmış stenoqamması Trampın bir neçə dəfə Baydenlə bağlı məsələni qaldırdığını göstərir.

“Siz görəcəksiniz bu çox mehriban və tamamilə münasib bir telefon söhbəti idi. Baydan və onun oğlundan fərqli olaraq nə təzyiq var, nə də quid pro quo! (latınca: əvəz-əvəz, `xidmət və yaxud mal müqabilində göstəilən lütf`-red.). Bu, bütün dövrlərin ən Böyük və ən Dağıdıcı İfritə Ovundan başqa bir şey deyil!”, Tramp çərşənbə axşamı günü telefon söhbətinin stenoqrammasının açıqlanmasından öncə Twitter səhifəsində yazıb.

Zelenski Trampla danışqılarından əvvəl Amerikanın Səsinin Ukrayna xidmətinə bunları deyib: “Biz Birləşmiş Ştatların Ukraynaya və Ukraynanın təcavüz və müharibəyə qarşı mübarizə kursuna daim dəstək verməsini istəyirik.”

Zelenski görüşün “çox səmimi olacağını düşündüyünü əlavə edib.

XS
SM
MD
LG