Accessibility links

Tramp və Ərdoğan NATO sammiti çərçivəsində danışıqlar aparıb


ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Londonda NATO sammiti çərçivəsində ikitərəfli danışıqlar aparıb.

Ağ Ev bildirib ki, "iki prezident Türkiyənin müttəfiqlik öhdəliklərini yerinə yetirməsinin vacibliyi, ikitərəfli ticarəti 100 milyard dollara çatırmaqla ticarət əlaqələrinin daha da gücləndirilməsi, regional təhlükəsizlik problemləri və enerji təhlükəsizliyi məsələlərini müzakirə edib".

Jurnalistlərlə təxminən 40 dəqiqə davam edən görüş zamanı iki lider arasında NATO-da maliyyə yükünün bölüşdülməsi, terrorizm, Türkiyənin Suriyanın şimalına müdaxiləsi və ABŞ-ın Rusiya ilə silahlara dair müqavilədən çıxması da daxil olmaqla bir sıra məsələlərdə fikir ayrılıqlarının olduğu müşahidə edilib.

NATO liderləri çərşənbə axşamı terrorizm, Türkiyə və ABŞ-la artan maliyyə yükünün bölüşdürülməsi məsələlərində dərin fikir ayrılıqlarına baxmayaraq, birlik nümayiş etdirmək üçün London ətrafında bir qolf kurortunda toplaşıblar.

Tramp da daxil olmaqla, NATO-ya üzv ölkələrin 29 lideri planlaşdırılan üç saatlıq görüşə qatılmazdan öncə ənənəvi "ailə" fotosu çəkdirib. Bundan sonra NATO liderləri Rusiya və supergüc kimi yüksələnən Çinin yaratdığı problemlərə diqqət yönəldəcəyi vədi verilən bəyanat açıqlayıblar.

XS
SM
MD
LG