Accessibility links

Fransada tətil davam edir


Fransada minlərlə insan hökümətin pensiya sistemini dəyişmək planına qarşı etiraz məqsədilə şənbə günü Parisdə tətilin 24-cü günündə yürüş keçirib.

Yürüşü təşkil edən həmkarlar ittifaqları sari jiletliləri onlara qoşulmağa çağırıb. Yürüş sari jiletlilərin sosial və iqtisadi ədalət axtarışında 59-cu şənbə günüdür keçirdiyi hərəkatla eyni günə təsadüf edib.

Bəzi maska geyinmiş insanlar həmkarlar ittifaqı üzvlərinin yürüş keçirdiyi yolun üzərində inşaat materiallarını yandırıb.

Ultra-solçu CGT həmkarlar ittifaqının lideri Filip Martines yürüşə qoşulan yüzlərlə sari jiletliyə istinadən BFMTV-yə deyib: “Jiletin rəngindən asılı olmayaraq, biz birlik olmalıyıq”.

Prezident Emmanuel Makron pensiya yaşını 62-dən 64-ə qaldırmaq istəyir.

Tətillər Fransanın nəqliyyat sistemində əngəllər törədib.

Şənbə günü SNCF dəmiryol idarəsi 10 yüksək sürətli qatardan yalnız 6-nın xidmət göstərdiyini bildirib. Parisdən Londona səfər edən Eurostar-ın da beş qatarından dördü fəaliyyət göstərib.

Baş nazir Eduard Filip bayramdan sonra həmkarlar ittifaqları ilə danışıqları davam etdirməyi planlaşdırır. Həmkarlar ittifaqları isə yanvarın 9-da böyük nümayiş planlaşdırır.

XS
SM
MD
LG