Accessibility links

Səhiyyə Nazirliyi: Yeni il gecəsi 13 nəfər pirotexniki vasitələrdən xəsarət alıb


Səhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi 31 dekabr - 1 yanvar tarixlərində bayram günü partlayıcı oyuncaqlardan xəsarət alanlarla bağlı məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, 13 nəfər pirotexniki vasitələrdən xəsarət alaraq Təcili Tibbi Yardıma müraciət edib. Onlardan 8 nəfər xəstəxanalara yerləşdirilib, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfərə məsləhət verilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi vətəndaşlara pirotexniki vasitələr barədə müraciət edib.

Nazirlik elə hesab edib ki, yanğına və digər xoşagəlməz hadisələrin də baş verməsinə səbəb olan bu vasitələrin anidən baş verən partlayışı həm də insanların, əsasən də, yaşlı, xəstə və uşaqların psixi durumuna və səhhətinə mənfi təsir göstərir, onlarda qorxu hissi yaradır.

XS
SM
MD
LG