Accessibility links

285 nəfərin deputatlığa namizədliyi qeydə alınıb


Mərkəzi Seçki Komissiyası

"Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak üçün 2226 şəxs Dairə Seçki Komissiyalarına müraciət edib."

Bu barədə Mərkəzi Seçki Komissiyasının yanvarın 4-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, 461 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb.

"Onlardan 2066 nəfərinin namizədliyi artıq təsdiqlənib, 1903 nəfəri imza vərəqələrini götürüb. 580 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 285 nəfərin namizədliyi qeydə alınıb," Pənahov qeyd edib.

Deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyası yanvarın 17-dən başlayacaq. Fevralın 8-də saat 8.00-da təşviqat kampaniyası dayandırılacaq.

Azərbaycan Milli Məclisi 125 deputatdan ibartədir.

2019-cu il dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib.

Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb.

Dekabrın 5-də prezident növbədənkənar parlament seçkilərinin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam imzalayıb.

Müxalifət qüvvələrindən Demokratik Qüvvələrin Milli Şurası, Xalq Cəbhəsi və Haqq Ədalət Partiyaları seçkiləri boykot edir. Bu qurumlar seçkiləri boykot etmələrini ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün şəraitin olmaması ilə əsaslandırır. Dövlət rəsmiləri və Mərkəzi Seçki Komissiyası azad və demokratik seçkilərin keçirilməsi üçün lazım olan bütün şəraitin yaradıldığını bəyan edir.

Bununla yanaşı, ATƏT-in seçki müşahidəsi üzrə ixtisaslaşmış Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda indiyədək keçirlən seçkilərin ATƏT standartlarına uyğun olamdığını bildirib.

XS
SM
MD
LG