Accessibility links

Tramp əleyhinə etirazların miqyası azalıb. Bunun səbəbi nədir?


Tramp əleyhinə etiraz

Prezident Donald Tramp İran generalını öldürəndən və Yaxın Şərqə daha çox əsgər göndərəcəyini deyəndən bir neçə gün sonra təxminən 100 etirazçı Çikaqoda körpü üzərində etiraz keçirərək “İranda Müharibəyə Yox” şüarı yazılan plakat sərgilədi.

Bostonda 200-ə yaxın insan soyuq havada yürüş etdi, Los Anceles və digər şəhərlərdə də onlarla insan nümayiş keçirdi.

Tramp vəzifəsinin icrasına başlayandan və milyonlarla insan Vaşinqton və digər şəhərlərdə Qadınlar Marşında iştirak edəndən üç il sonra Trampa qarşı etirazların miqyası nisbətən çox kiçikdir.

Fəallar deyir ki, etirazçıların sayı gələn noyabr ayında keçiriləcək seçkidə Trampı vəzifədən devirmək üçün enerji və ya motivasiyanın azaldığına işarə etmir.

Onların sözlərinə görə, 2020-ci ildə Tramp əleyhinə hərəkat daha mütəşəkkildir və diqqət konkret addımlar atmağa yönəlib. Daha çox insan etiraz etmək əvəzinə namizədlər üçün seçicilərin qapılarını döyüb, onlarla söhbət edir, onlara məktublar göndərir, hansısa məsələləri təbliğ edir.

Nyu Yorkda İranla müharibə əleyhinə etiraz
Nyu Yorkda İranla müharibə əleyhinə etiraz

Lakin Trampın prezidnetliyinə qarşı başlayan hərəkat çəhrayı papaqlı etirazçılar Trampın inaqurasiyasından bir gün sonra Vaşinqton küçələrinə axışandan bəri parçalara bölünüb. Həmin etiraz Vyetman müharibəsi dövründən bəri şəhərdə keçirilən ən böyük etiraz idi. 2020-ci ildə prezidentliyə hansı namizədin dəstəklənməli olduğu, din və irq və eləcə də yürüşün hərəkatın müxtəlifliyini əks etdirib-etdirmədiyi ilə bağlı fikir ayrılıqları yaranıb. Solçuların çoxu noyabr seçkisindən öncə birləşməyə ehtiyaclarının olduğunu desə də, bu məsələlərdə fikir ayrılıqları davam edir.

Mübahisələr ötən il Nyu Yorkda eyni anda bir neçə fəqrli etirazların keçirilməsinə, Qadınların Marşının bəzi liderlərinin istefa verməsinə və Vaşinqton ştatından bir qrupun dağılmasına gətirib çıxardı.

İndi daha az insan etiraz etmir, sadəcə olaraq onlar fərqli kampaniyalarda iştirak edir. Görüləcək hələ çox iş var.
Keyt Aleksandr

Təşkilatçılar ölkə boyu təxminən 100 min nəfərin şənbə günü 180-dən çox şəhərdə keçirilməyi nəzərdə tutulan bu ilki Qadınlar Marşında iştirak edəcəyini gözləyir. Onlar deyir ki, 10 minə yaxın insanın Vaşinqtonda yürüş keçirəcəyi gözlənilir ki, bu ötən illə müqayisədə çox azdır. Ötən il Ağ Evin şərq tərəfində keçirilən yürüşdə 100 mindən çox insan iştirak etmişdi. Lakin bu il qrup böyük bir tədbir keçirmək əvəzində üç ayrı mövzu ilə əlaqədar olaraq etiraz aksiyaları keçirib. Bunlar iqlim dəyişikliyi, immiqrasiya və reproduktiv hüquq mövzularıdır.
Direktor Keitlin Bridlovun sözlərinə görə isə, bu, hərəkatın “növbəti mərhələyə keçdiyini göstərir”.

İranda müharibə əleyhinə bəzi etirazların təşkilatçısı MoveOn.org-un liderləri də onunla razılaşır. Menecer Keyt Aleksandr deyib ki, qrup və onun üzvləri Trampın əməllərinə müqavimət göstərmək məqsədilə 48 saatdan az bir müddətdə 46 ştatda 370-dən çox etiraz təşkil edib. Prezident onillərdir ABŞ qoşunları və müttəfiqlərinə qarşı ölümcül hücumlar etməkdə günahlandırılan İranın Qüds Qüvvələrənin başçısı Qasım Süleymaniyə qarşı hava hücumunun edilməsinə göstəriş verib. İran qisas alacağını söyləyib və bu müharibə olacağına dair narahatlıqlara səbəb olub.

Aleksandr qeyd edir ki, İranla müharibə əleyhinə etiraz MoveOn üzvlərinin son illərdə təşkil etdiyi etirazlardan yalnız biridir.

"İndi daha az insan etiraz etmir, sadəcə olaraq onlar fərqli kampaniyalarda iştirak edir. Görüləcək hələ çox iş var", Aleksandr deyir.

XS
SM
MD
LG