Accessibility links

Koronavirus epidemiyası yayıldıqca çinli amerikalılar artan stereotiplərlə üzləşir


Koronavirus epidemiyası yayıldıqca çinli amerikalılar artan stereotiplərlə üzləşir
please wait

No media source currently available

0:00 0:01:52 0:00

İctimai sağlamlıq rəsmiləri koronavirusa qarşı mübarizə apardığı bir vaxt çinli amerikalılar onlara qarşı mənfi münasibətin olacağından narahatdır, çünki xəstəlikdən qorxu artıq çinlilərdən qorxuya çevrilib.

San Fransiskonun Çaynataun məhəlləsində Leunq Ağ Durna Əjadahası və Aslan Rəqs qrupları biznesləri ziyarət edərək onları Çin Yeni İli münasibətilə təbrik edir. Çində koronavirus səbəbilə ölkədən səfərə məhdudiyyətlər tətbiq olunsa da, çinlilər üçün bayram vaxtıdır.

Londonda Çaynataunda küçələr demək olar boşdur
Londonda Çaynataunda küçələr demək olar boşdur

“Bizə virus təsir göstərməyib. Mən görürəm ki, bəzi insanlar tədbirlər görür. Lakin ümumilikdə belə görünür ki, koronavirus Çaynataundakı insanları narahat etmir”, Leunq Ağ Durna Əjadahasından Kalvin deyir.

Bundan əlavə sosial mediada dezinformasiya və asiyalılara qarşı pis rəftarla bağlı narahatlıqlar var. Çinli amerikalılar daha öncə də bənzər rəftara məruz qalıblar.

“Biz müxtəlif şeylərə rast gəlirik. Bunlar arasında videolar, memlər və ya zarafatlar yer alır. Məncə bunlar 1800-ci illərdə çinlilər Amerikaya ilk gəldikləri zamandan bəri başlayan stereotiplərin davamıdır”, San Fransiskoda Çin Mədəniyyət Mərkəzinin kuratoru Hoi Leunq bildirir.

Leunq deyir ki, bu memlər və zarafatlar təkcə çinli amerikalıları deyil, asiyalı hesab olunan hər kəsə damğa vurur.

“Ölkəmizdə tarix boyu ictimai sağlamlıq və təhlükəsizliyə əsaslanan çox iqrçi və ya ksenofob siyasət yürütmək tendensiyası olub”, o deyir.

Biz müxtəlif şeylərə rast gəlirik. Bunlar arasında videolar, memlər və ya zarafatlar yer alır. Məncə bunlar 1800-ci illərdə çinlilər Amerikaya ilk gəldikləri zamandan bəri başlayan stereotiplərin davamıdır.
Hoi Leunq

Berklidə yerləşən Kaliforniya Universitetinin bu yaxınlarda sosial mediada yerləşdirdiyi postda asiyalılara qarşı ksenofobiya “normal reaksiya” adlandırılıb. Daha sonra univesitet üzr istəyib və həmin postu silib.

Lakin Amerikadakı çinlilərin çoxu çox məyusdurlar.

“Biz hər kəsi bunun ictimai sağlamlıq məsələsi olduğuna dair perspektivi qorumağa və bundan kimsə ilə bağlı ümumi şərhlər etməməyə və ya onlarla günah keçisi kimi rəftar etməyə çağırırıq” – deyə, Chinese for Affirmative Action təşkilatının direktoru Honq Mei Panq bildirib.

“Məsələ kimin kimi hədəf almağı deyil. Məsələ qorxunun özündə və nə qədər təhlükəli ola biləcəyindədir”, Hoi Leunq deyir.

Şənbə günü Çin Yeni İli paradında minlərlə insanın iştirak edəcəyi gözlənilir.

XS
SM
MD
LG