Accessibility links

Floridada seçicilərin qeydiyyatı keçirilən çadıra hücum olub


ABŞ-ın Florida ştatının Ceksonvill şəhərində seçicilərin qeydiyyatı aparılan çadıra maşın sürən şəxs həbs edilib.

27 yaşlı Qreqori Vilyam Loellu Timmə qarşı 65 yaşlı şəxsə xəsarət yetirmək, qəsdən zərər vermək və sürücü vəsiqəsi olmadan maşın idarə etmək ittihamları irəli sürülb.

Məlumatda hansı partiyanın seçicilərinin qeydiyyata alındığı bildirilməyib.

Lakin bəzi respublikaçılar prezident Trampın tərəfdarlarının hücumların hədəfi olduğunu bildirib.

İnternetdə Timmin məhkəməsi ilə bağlı məlumat yayılmayıb. Onun vəkillə təmin edilib-edilmədiyi də bəlli deyil. Lakin hücumçunun nəzarət altında olduğu deyilib.

Polis idarəsindən şərh almaq mümkün olmayıb.

Respublikaçılar Partiyasının üzvü Ronna Makdeniel tvit edərək yazıb ki, prezidentin tərəfdarlarına mənasız hücumlar dayandırılmalıdır.

Tramp isə “kiminləsə oynamaq istədikdə ehtiyatlı olun!” - deyə, yazıb.

XS
SM
MD
LG