Accessibility links

İranda koronavirus bir neçə şəhərə yayılıb və iki yeni ölüm hadisəsi qeydə alınıb


Koronavirus İranın bir neçə şəhərinə yayılıb. Bu barədə Səhiyyə Nazirliyinin rəsmisi bildirib. Rəsmilərin dediyinə görə, Qum şəhərində başlayan epidemiya daha iki nəfərin ölümünə səbəb olub.

İran koronavirusa 13 yeni ​yoluxma halının olduğunu təsdiqləyib. Ölkədə yoluxma hallarının sayı 18-ə çatıb, onlardan dördü artıq ölüb.

"Mövcud məlumatlara əsasən, koronavirus Qumda yayılmağa başlayıb və insanların səyahətləri nəticəsində ölkənin bir neçə şəhərinə, o cümlədən Tehran, Babül, Ərak, İsfahan, Rəşt və digər şəhərlərə yayılıb" - deyə, IRNA xəbər agentliyi Səhiyyə Nazirliyinin rəsmisi Minou Mohrezə istinadən bildirib.

O bildirib ki, "Virus İranın bütün şəhərlərində mövcud ola bilər".

İranda koronavirusa yoluxma hallarının çoxu paytaxt Tehrandan 120 kilometr cənubda yerləşən şiə müsəlmanlarının müqəddəs şəhəri olan Qumda olub.

Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kyanuş Cahanpur Twitter hesabında bildirib ki, yeni yoluxma halları arasında Qumda diaqnoz qoyulan yeddi, paytaxt Tehranda dörd və Gilan vilayətində iki nəfər var.

Səhiyyə rəsmiləri Qumdakı bütün dini iclasların təxirə salınmasına çağırıblar.

"Ölkədə yeni koronavirusun yayıldığı aydındlr və bəlkə də bu xəstəliyin mənbəyi Qum şəhərində işləyən və Çinə səfər edən çinli işçilərdir" - deyə, Mohrez İRNA xəbər agentliyinə açıqlamasında qeyd edib.

Epidemiya iranlılar parlament seçkilərində iştirak edən zamana təsadüf edib. Bu seçki ölkədə dabş verən bir sıra böhranlardan, o cümlədən ötən ay ABŞ-la olan qarşıdurmadan sonra hakimiyyət üzrəində referendum kimi qiymətləndirilir.

Dövlət televiziyasında Qumda seçicilərin seçki məntəqələrində maska taxdıqları görüntülənib.

İraq Hava Yolları koronavirusun yayılmasına qarşı qoruyucu tədbir olaraq qonşu İrana uçuşları dayandırıb.

XS
SM
MD
LG