Accessibility links

Səudiyyə Ərəbistanı koronavirusa görə Məkkəyə ziyarətləri qadağan edir


Səudiyyə Ərəbistanı yeni virusun yayılma qorxusu səbəbi ilə vətəndaşlara və sakinlərə Məkkədə müsəlmanların könüllü Ümrə ziyarətini qadağan edib.

Səudiyyə Ərəbistanın Mətbuat Agentliyinin verdiyi məlumata görə, bu qərar Daxili İşlər Nazirliyinin adı açıqlanmayan rəsmisi tərəfindən verilib. Qadağanın müddəti ilə bağlı məlumat verilməyib.

Ötən həftə Səudiyyə Ərəbistanı İslam dininin ən müqəddəs ərazilərini xarici zəvvarlar üçün koronavirus səbəbilə bağlamışdı. Bu, ziyarətə hazırlaşan minlərlə müsəlmanın krallığa səfərinin qarşısını aldı. Eyni zamanda, qadağanın bu il Ramazan ayı və hər il baş tutan Həcc ziyarəti öncəsi milyonlarla daha çox zəvvarın planlarına təsir göstərməsi mümkündür.

Səudiyyə Ərəbistanının çərşənbə günü verdiyi açıqlama Tehranda və digər bölgələrdə keçən həftə koronavirusun yayılmasına görə cümə namazlarının ləğv edilməsindən sonraya təsadüf edir.

İran Dövlət televiziyası İranda cümə namazının ölkənin bütün paytaxtlarında ləğv edildiyini bildirib. Cümə İslam dininin əsas izdihamlı günüdür və bir qayda olaraq İranın dini rəhbərləri üçün əhəmiyyətli bir mərasimdir.

Daha əvvəl İran 2922 təsdiqlənmiş yoluxma və 92 ölüm halı haqda məlumat verb. Bu, dünyada Çindən kənarda koronavirus səbəbilə ən çox ölüm halı göstəricisidir.

Səhiyyə Nazirliyinin sözçüsü Kyanuş Cahanpur Tehranda keçirdiyi mətbuat konfransında yeni rəqəmləri açıqlayarkən İranda ölüm və yeni yoluxma hallarının İtaliyadakından daha yüksək səviyyəyə çatdığını qeyd edib.

"Virusun uçmaq üçün qanadları yoxdur. Bunu bir-birimizə özümüz ötürürük" - deyə, Cahanpur vurğulayıb.

İran prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında çıxış edərkən virusun İranın 31 vilayətinin demək olar hamısında yayıldığını etiraf edib.

"Bu, geniş yayılmış bir xəstəlikdir. Demək olar ki, bütün vilayətlərimizi əhatə edir və müəyyən mənada dünyanın bir çox ölkəsində yoluxmanın olduğu qlobal bir virusdur. Bu problemi mümkün qədər tez həll etmək üçün birlikdə çalışmalıyıq" - deyə, Ruhani bildirib.

Eyni zamanda, dövlətə bağlı xəbər saytı olan Əl-Yaum Səudiyyə Ərəbistanı Səhiyyə Nazirinin müavini Abdel-Fəttah Məşət deyip ki, Məkkəyə ölkənin özündən qrup şəklində gələn zəvvarların Ümrə kimi tanınan ziyarətini həyata keçirməsinə icazə verilməyəcək. Adətən, izdiham böyük qruplar halında gələn xarici sakinlərdən ibarət olur. Krallıqdakı insanlar və ailələr isə hələ də Məkkəyə səfər edə bilərlər.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG