Accessibility links

475 - İtaliyada son sutkada ölənlərin sayı


İtaliyada koronavirus səbəbi ilə ölənlərin sayı son 24 saat ərzində 475, ümumilikdə isə 2978-ə çatıb. Rəsmilər bildiriblər ki, virus yayılmağa başlayandan bəri bu, ən yüksək göstəricidir - 19% artım.

Virusun ən ağır zərbə vurduğu Avropa ölkəsi olan İtaliyada yoluxma hallarının ümumi sayı 35713-ə çatıb. Bu isə 13.35% artım deməkdir. Bu barədə Mülki Müdafiə Agentliyi məlumat verib.

Yoluxanlardan 4025-i sağalıb. Ondan öncəki günün rəqəmləri 2941-ə bərabər idi. İntensiv nəzarətdə olanların sayı artaraq 2257 nəfər təşkil edir.

İtaliyanın koronavirusla mübarizə mərkəzi olan Lombardiyanın şimal bölgəsi bu yaxınlarda təqaüdə çıxmış həkimlərə və tibb bacılarına müraciət edərək, işlərinə qayıtmaq və böhrandan əziyyət çəkən həmkarlarına kömək etmək üçün müraciət edib.

İtaliya virusun Çindən kənarda dünyada ən çox zərər vurduğu ölkədir. Rəsmilərin məlumatlarına görə, ölümlərin 65% -i Lombardiya və onun xəstəxanalarında qeydə alınıb.

Problemə əlavə olaraq, həkimlər, tibb bacıları və xəstəxana qapıçıları özləri xəstəliyə tutulublar və onlardan bəziləri ölüb.

Gimbe Fondu tədqiqat qrupu milli səhiyyə orqanı tərəfindən verilən məlumatlars istifadə edərək, 11-17 mart tarixləri arasında təxminən 2529 tibb işçisinin koronavirus testlərinin müsbət nəticə verdiyini açıqlayıb.

"Son iki ildə təqaüdə çıxmış bütün həkimlərə, tibb bacılarına və tibb işçilərinə ürəkdən müraciət edirəm ... bu fövqəladə vəziyyətdə bizə kömək edin" - deyə, Lombardiya Qubernatoru Attilio Fontana mətbuat konfransında müraciətlə çıxış edib.

O, həmçinin özəl tibb müəssisələrində çalışan işçiləri və təcili yardım mütəxəssislərini bölgəyə lazımi reanimasiya çarpayıları əlavə etmək üçün Fiera Milano sərgi mərkəzini təcili xəstəxanaya çevirməyə kömək etməyə çağırıb.

Daha çox tibb işçisinə təcili ehtiyac duyduğunu vurğulayan hökumət çərşənbə axşamı günü artmaqda olan təzyiqi azaltmaq üçün 10000 tələbə-həkimlərin buraxılış imtahanlarını ləğv edərək, doqquz ay əvvəldən onları xidmətə çağırdığını açıqlayıb.

XS
SM
MD
LG