Accessibility links

Tramp xarici ölkələrə koronavirusla bağlı yardım təklif edir


Tramp xarici ölkələrə koronavirusla bağlı yardım təklif edir
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Dünyada COVID-19-un yayıldığı bir vaxt ABŞ prezidenti Donald Tramp Şimali Koreya və İran kimi ölkələrə yardım etməyə hazır olduğunu bildirir. Mart ayının əvvəlində elan edilən 1 milyard dollarlıq yardımdan başqa hələ ki, xarici ölkələrə vəsait ayrılmasından danışılmır.

COVID-19-a 167 ölkədə yüz minlərlə yoluxma halı qeydə alınıb. Donald Tramp beynəlxalq yardımlara açıq olduğunu desə də, detallara varmayıb.

“Baş cərrah hər zaman xarici ölkələrlə əlaqədədir. Onların suallarını cavablandırır. Biz nə iş görürük. İndiyədək heç kəsin görmədiyi işi. Onlar insanlara zəng edir. Bəli, onlar insanlara yardım edəcəyimizi söyləyir. Şimali Koreya və İran da daxil edilməklə. Digər ölkələr də buraya aiddir. Gördüyümüz iş çox mühümdür" - deyə, Tramp bildirib.

Mart ayında Konqres COVID-19-la mübarizə səylərinə 8 milyard pul ayırıb. Bunun 1 milyardı USAID də daxil edilməklə xarici yardımları nəzərdə tutur.

“$300 milyon USAID-yə xarici ölkələrə yardım üçün ayrılıb. Xüsuslə aşkarlamaq, araşdırmaq, əlaqə izləri yaratmaq, təcrid etmək üçün hazırlıq qabiliyyətinin artırılması məqsədi ilə Afrikanın yoxsul ölkələri üçün” - deyə, Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin Qlobal Səhiyyə Siyasəti proqramının direktoru Stefen Morrison bildirib.

Ancaq 1 trilyon dollardan çox iqtisadi stimul paketində heç bir xarici yardım yer almır.

Eyni zamanda xəstəliyin yayılmasına gec münasibət bildirildiyinə dair tənqidlərin azaldılması məqsədi ilə Çin şirkətləri test dəstlərinin satışı və iayə edilməsinə başlayıb. Onların bəzisi Avropa və Afrikanın bütün ölkələrinə verilir.

“Çin kanavirusdan istifadə edərək xoş niyət nümayiş etdirməyə çaılışır. Amerika və Avropanın yavaş fəaliyyəti Çinə bir imkan vermiş olur. Bu, yalnız Çinin fəallığı ilə deyil, ABŞ-n hərəkətsizliyi və liderliyi ilə bağlıdır. Mən bunun nahatlıqlar yaratdığı ilə razıyam” - deyə, Uilson Mərkəzinin Çin və ABŞ üzrə Kissincer İnstitutunun direktoru Robert Deyli bildirib.

Bazar ertəsi günü Ümumdünya Səhiyyə Təşkilatı Böyük İyirmiliyin liderlərindən səhiyyə işçiləri üçün şəxsi qoruyucu avadanlıqların istehsalının artırılmasını istəyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG