Accessibility links

Mayk Pompeo Əfqanıstanda sülh səylərinə dəstək verir


Mayk Pompeo Əfqanıstanda sülh səylərinə dəstək verir
please wait

No media source currently available

0:00 0:01:06 0:00

ABŞ dövlət katibi bazar ertəsi gözlənilmədən Əfqanıstana səfər edib. Əfqanıstan-Taliban sülh müzakirələri məqsədi ilə Kabilə gedən Mayk Pompeo koronavirus təhlükəsinə baxmadan 40 illik müharibədən sonra Əfqanıstan səfərini sülh naminə ən yaxşı fürsət kimi dəyərləndirib.

Qlobal koronavirus pandemiyasına baxmayaraq Mayk Pompeo Əfqanıstan prezidenti Əşrəf Qani və onun rəqibi Abdulla Abdulla ilə şəxsən görüşmək üçün Kabildə olub.

Ötən ay Taliban və ABŞ arasında sülh razılığı əldə edilib. Lakin həm Abdulla, həm də Qani prezident seçkilərindən sonra özlərini dövlət başçısı elan edib.

Ekspertlər deyir ki, Pompeonun səfəri məsələnin ciddiliyinə vardığını göstərir.

“Bu ideya Kabil və Əfqanıstana bir siqnal mahiyyəti daşıyır. Bu, ABŞ-ın Əfqanıstanın çox mürəkkəb bir siyas böhrandan çıxması və sülh müzakirələrinin davam etməsi öhdəliyinə sadiq qaldıına nümunədir” - deyə, Vurou Vilson Mərkəzindən Maykl Kugelman bildirib.

Sülh razılığından sonrakı həftələr mübahisələrlə davam edib.

Lakin bazar günü Əfqanıstan hökuməti və Taliban Skype vasitəsi ilə ilk birbaşa təmasda olub. Müzakirələr məhbusların mübadiləsi ilə bağlı keçirilib. 5 min Taliban dustağının azadlığı müqabilində Əfqanıstanın təhlükəsizlik qüvvələrinin minə yaxın əsgəri sərbəst buraxılmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG