Venesuela və Kolumbiya hökumətlərinin Simon Bolivar körpüsünü bağlamaq qərarından sonra əlavə təhlükəsizlik təbirləri həyata keçirilir. Körpü martın ortalarından koronavirusun yayılmasının qarşını almaq məqsədi ilə bağlanıb. Bu körpüdən hər gün 40 min venesuelalının ərzaq, dərman və digər məhsullar almaq üçün keçdiyi təxmin edilir. İndi onlar sərhədi keçmək üçün daha təhlükəli yol seçib.
Körpünü millərlə venesuelalı ya ərzaq, ya da vətənlərini birdəfəlik tərk etmək məqsədi ilə keçirdi. Lakin indi rəsmilər koronavirusa görə
insanların evlərini tərk etməməsni tövsiyə edir.
"Onların bizi deportasiya edəcəyini düşünmürəm. Dünyada bütün sərhədlər bağlanıb. Onlar virusa görə bizim hərəkət etməyimizi istəmirlər" - deyə, venesuelalı qaçqın Pedro Ordonez Fiqueroa bildirib.
Ordonez and Huan Alexandro kimi Venesuela qaçqınları Peru kimi ölkələrə üz tutub. Lakin məsələ təhlükəsizliyə dirənir.
"Bizi heç kim dayandıra bilməz. Venesuelada ailələrimiz, uşaqlarımız var. Biz daha yaxşı gələcək naminə işləyir, biz iş istəyirik”- deyə, Alexandro bildirib.
Bir çox sığınacaq bağlanıb. Kolumbiya rəsmiləri çoxsaylı insanın bir araya gəlməsini qasaqlayıb.
Humanitar yardım işçiləri bəzi ailələrin sığınacaqlar və stadionlara yerləşdirilməsinı kömək göstərsə də, digərləri küçələrdə qalıb.
"Məqsəd insanların sağlığı və rifahıdır. Bunlar olduqca mühümdür. Lakin evdə qalan insanların ərzaqla təmin edilməsi də mühümdür” - deyə, “Red Humanitaria” sığınacaq mırkəzindın Vanessa Pelaez bildirib.
Lakin Venesuelanın San Antino del Taçira şəhəri ilə Kolumbiyanın kiçik La Parada qəsəbəsi arasındakı körpü bağlıdır. İndi insanlar təhlükəli olan “Las Trochas.”yolunu seçib.
"Burada heç bir sanitariya norması yodur. Hava, su zəhərlidir. Buranın necə olduğuna məhəl qoymadan bu yolu tutmaq ağılsızlıqdır. Amma venesuelalar buna baxmr" - deyə, Koromoto Moreno adlı venesuelalı bildirib.
Səhiyyə Nazirliyi körpüdən keçidlərin yaxından monitoriq edildiyini deyir. Bundan əlavə bu şəhər və qonşu şəhərlərin humantitar vəziyyətinin müşahidə altında tutulduğu, qaçqınların ərzaqla təmin edilməsinə nəzarət edidiyi bildirilir.