Accessibility links

Donald Tramp internet və mobil provayderlərlə danışıqlar aparır


ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı ölkənin ən böyük internet və mobil telefon təchizatçıları ilə telefon danışığı həyata keçirib. Prezident provayderlərlə on milyonlarla amerikalının evdən işlədiyi müddətdə şəbəkələrin hansı vəziyyətdə olduğunu müzakirə edir.

Federal Kommunikasiya Komissiyası ABŞ şəbəkələrinin yaxşı işlədiyini bildirib. Qurum həmçinin, provayderlərə trafikin idarə edilməsinə yardım məqdsədilə əlavə spektr bloklarına müvəqqəti giriş verdiyini açıqlayıb.

Müzakirələrdə AT&T Inc, Verizon Communications Inc, Charter Communications Inc, Comcast, Altice USA, T-Mobile və Sprint Corp şirkətlərinin iştirak edəcəyi gözlənilir.

FKK Komissarı Brenden Karr ötən həftə bildirib ki, “məlumatlar göstərir ki, İnternet trafikindəki bu yaxınlardakı qalxmalar ABŞ şəbəkələrinin imkanlarına uyğun gəlir."

Trampla danışıqlarda iştirak edən şirkətlər də daxil olmaqla, əsas şirkətlər bu ayın əvvəlində abunəçilərin koronavirusa görə yaranmış səbəblərlə bağlı borclarını ödəyə bilmədikləri təqdirdə onlar üçün xidmətlərin 60 gün müddətinə dayandırılmaması barədə razılığa gəlib.

Onlar həmçinin koronavirus pandemiyası ilə əlaqədar iqtisadi vəziyyətlərinə görə yaranan hər hansı gecikmiş ödənişlərə güzəşt etməyə və ehtiyacı olan hər kəs üçün Wi-Fi hotspot-lar açmağa razılıq verib.

XS
SM
MD
LG