Accessibility links

İranda daha bir türk fəal müvəqqəti azadlığa buraxılıb


Cəfər Rüstəmi-Rad
Cəfər Rüstəmi-Rad

Keçən ilin oktyabr ayından bəri Tehranın Evin həbsxanasında saxlanılan türk dil haqları müdafiəçisi Cəfər Rüstəmi-Rad aprelin 2-də məzuniyyətə buraxılıb.

Cəfər Rüstəmi-Rad Tehran İnqilab Məhkəməsi tərəfindən 6 ay həbsə məhkum edildikdən sonra 2019-cu ilin oktyabr ayında Tehranın Evin həbsxanasına göndərilmişdi. Milli fəalın həbs cəzası daha sonra başqa bir məhkəmənin qərarı ilə 13 aya artırılmışdı.

Keçən bir neçə həftə ərzində koronavirusun İran həbsxanalarında yayılmasını önləmək məqsədilə ölkənin müxtəlif vilayətlərində minlərlə məhbus məzuniyyətə göndərilib.

Həmin istiqamətdə İran Azərbaycanı və Tehranda bir neçə türk fəal müvəqqəti azadlığa buraxılsa da, bir çox fəal, o cümlədən Abbas Lisani, Lətif Həsəni, Əlirza Fərşi, Kazım Səfabəxş və Tovhid Əmir-Əminiyə məzuniyyət haqqı hələ verilməyib.

Mart ayının 11-də İran Azərbaycanı və Tehranda fəaliyyət göstərən bir qrup milli fəal, yazar və ictimai xadim İran məhkəmə hakimiyyətinin sədri İbrahim Rəisiyə məktub ünvanlayaraq, həbsxanalarda koronavirus təhlükəsinə diqqət çəkiblər.

XS
SM
MD
LG