Accessibility links

Koronavirus yaş tanımır


Koronavirus yaş tanımır
please wait

No media source currently available

0:00 0:01:56 0:00

COVID-19-dan ölənlərin əksəriyyəti yaşlılar olsa da, virus gənclərdən də yan keçməyib. Başqa sözlə sağlam gənc pasiyentlər də virusun ağır təsirlərinə məruz qalıb.

Andrea Napoli gənc italyan hüquqşünasdır. Sağlam olmasına baxmayaraq, onun üçün hər şey bir anda dəyişib.

"Yadımdadır ki, məhkəmədə idim. Heç bir simptom yox idi. Səhər yeməyi, sonra günorta yeməyi yedim. Bir anda özümü piss etməyə başladım.”

Fəal su polosu idmançısı olan Napoli yüksək hərarət, quru öskürək və təngənəfəsliklə üzləşir.

Xəstəxanaya çatdırıldıqdan sonra qanında oksigen səviyyəsi kəskin şəkildə azalır. Bundan sonra onu reanimaiyaya yerləşdirirlər.

“Məndə heç vaxt tənəffüs problemi olmayıb. Heç bir patologiya müşahidə edilməyib. Həmişə əlcək və maska taxdığıma görə virusa yoluxa biləcəyimi düşünməzdim."

Xəstəxana həkimləri onun vəziyyətini stabilləşdirməyə nail olub. Andrea 9 gün müddətinə ardıcıl olaraq oksigen aparatına qoşulub.

İtaliyadan Fillipinə gedən Karlo Navvaro 48 yaşlı həyat yoldaşı və atasının koronavirusla mübarizəsindən danışır.

"Ən qorxulu an 4-cü gün qəbul edilən xəstələrin öldüyünü görmək idi" - deyə, o bildirib.

O, virusa qızı və xanımı ilə fevral ayında Yaponiyada səfərdə olarkən yoluxub. Onun üçün ən ağır olanı ailəsinin xəstəxanada yanında olmaması idi.

"Biz tam təcrid edilmişdik. Bu, neqativ bir təsir otağı idi. Arvadımla hər bir saatdan bir video vasitəsi ilə danışırdıq. O, zəng edib mənim yemək yediyimdən əmin olmaq istəyirdi” , Navvaro deyib.

Navarro virus səbəbəi ilə ölən digər sağlam gənclərdən fərqli olaraq sağala bilib. Bu, həkimləri təccübləndirib. Eyni zamanda bu fakt hər bir gəncin də koronavirusa yoluxa biləcəyinə bir xəbərdarlıq mahiyyəti daşıyır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG