Accessibility links

İbrahim Məmmədov: Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alınıb


İbrahim Məmmədov
İbrahim Məmmədov

Aprelin 8-də Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alınıb, 19 nəfər sağalaraq evə buraxılıb.

Bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, yoluxmalarla bağlı pozitiv məlumatlar azdır.

Mətbuat katibi qeyd edib ki, bu gün ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb. Gün ərzində apteklərə 450 minə yaxın tibbi maska verilir, 100 mindən artıq tibbi maska satılır.

Rəsmi məlumata görə hazırkı dövrədək ölkədə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Martın 24-dən etibarən xüsusi karantin rejimi elan edilib.

Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. İnsanlar yalnız xüsusi icazə ilə evlərindən çıxa bilər. Qaydaları pozan şəxlərə qarşı cərimələr və cinayət məsuliyyəti tətbiq edilir. Hər gün minlərlə insan cərimələnir, həbs olunanlar da var.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG