Accessibility links

NATO-nun baş katibi: Alyans təbliğatla mübarizə aparmalıdır


NATO-nun baş katibi Cens Stoltenberq COVID-19 pandemiyası zamanı alyansı bölünməsinə xidmət edən təbliğat nümunələrini gördüyünü deyib.

Stoltenberq NATO ölkələrinin müdafiə nazirlərinin virtual olaraq keçiriləcək konfransından bir gün öncə Brüsseldə virtual brifinq zamanı danışıb. O bu cür dezinformasiyalara necə reaksiya veriləcəyini nəzərdən keçirəcəklərini bildirərək, açıq və şəffaf mətbuatın yalan məlumatlara və təbliğata qarşı ən yaxşı dayaq olduğunu vurğulayıb.

Stoltenberq həmçinin üzv ölkələr koronavirus böhranından çıxdıqca milli müqavimətin qurulmasına yardımın NATO-nun məsuliyyəti olacağını qeyd edib. Stoltenberq buraya səhiyyə və tibbi ləvazimatların əldə olunması və kütləvi itkilərinq qarşısının alınmasının daxil olduğunu bildirib.

Baş katib qeyd edib ki, NATO-nun əsas vəzifəsi təxminən bir milyard vətəndaşın təhlükəsizliyini qorumaqdır. O, koronavirus səhiyyə böhranının təhlükəsizlik böhranına çevrilməməsini təmin etməli olduqlarını deyib.

Stoltenberq bildirib ki, nazirlər dünyada, o cümlədən kiberməkanda da davam edən terror təhdidlərini, daha iddialı Rusiya və global gücə çevrilən Çin kimi təhlükələri müzakirə edəcəklər.

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG