Accessibility links

Brodvey ulduzu koronavirusla mübarizə aparanlara təşəkkür mahnıları oxuyur


Brodvey ulduzu koronavirusla mübarizə aparanlara təşəkkür mahnıları oxuyur
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Brodvey ulduzu, aktyor Brayann Stoks Mitçelin Chair of the Actors Fondu ehtiyac içində olanlara yardım göstərir. Bu fond koronavirus dövründə milyonlarla dollarlıq ianələr edib.

"Mən Alabama ştatında təcili yardımlar üzrə tibb bacısıyam. Buraya gəzmək üçün gəlmişdim. Artıq 13 həftədir buradayam. Şərqi Harlem metropolitanında işləyirəm. Hər axşam saat 7-də ön sıralarda yer alanlar alqışlanır. O, balkondan gözəl səsi ilə mahnı oxuyur"- deyə, Eşli Bonner bildirib.

"Artıq 5-ci axşamdır buraya gəlirəm" , Nyu-York sakini Alana Panteyl deyib.

"Buraya 10 dəfə, bəlkə də daha çox gəlmişəm" - deyə, Viktor Kaldvell adlı daha bir sakin deyib.

"Salam, Mən Brayan Stoks Mitçeləm. Siz Manhattaının yuxarı qərb hissəsindəsiniz. Eyvandan çıxış etmək qərarım spontan olub. Mən bir neçə həftə əvvəl COVİD-dən əziyyət çəkdim. Virus ağ ciyərlərimə işləmişdi. Ciyərləimi oxumaqla açdım. İndi öskürəksiz oxuya bilirəm. Mən pəncərəyə yaxınlaşıb, virusla ön sarılarda mübarizə aparanları alqışladım. Bu zamanda mahnılar ifa edirəm. Impossible Dream və bunabənzər mahnılarla başladım."

"Impossible Dream oynadığım Don Kixotun müəllif mahnısıdır. İndi bu mahnı küçələrdə insanları cəlb edir. Mən burada mahnı oxumaq naminə ifa etmirəm. Mən ifalarımla işçilərə, avtobus sürücülərinə, təcili yardım maşınlarının sürücülərinə, Nyu-Yorkun polis idarəsinə, yanğınsöndürənlərə təşəkkürümü bildirirəm"- deyə, Brayan Stoks Mitçel bildirib.

"Min yuxarıda yaşayıram və son iki həftədir Mitçeli dinləyirəm. İnsanlar toplaşır, bu olduqca ruhlandırıcı bir işdir. Özü bundan keçdiyi üçün minnətdarlıq deməkdir, həm də ictimaiyyətə bir ödənişdir", Stefen Russo adlı sakin deyib.

"İnsanlar bir və ya iki dəqiqə özlərini daha yaxşı hiss edirlər. Yəni bunun da öhdəsindən gələcəyik demək kimi”

"Bura toplaşanlara təşəkkürümü bildiriəm. Nyu-Yorkun polis idarəsinə, yanğınsöndürənlərə, insanlara, Nyu-Yorku saxlayan fövqəladə hallar xidmətinə, bu ağır günlərdə çalışan hər kəsə təşəkkür edirəm. Hər axşam saat 7-də. Sağlam olun, biribirinizi sevin! -deyə, Brayan Stoks Mitçel əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG