Accessibility links

Pandemiya bunkerlərin əhəmiyyətini kəskin artırıb


Pandemiya dövründə bunkerlərin əhəmiyyəti xeyli artıb
please wait

No media source currently available

0:00 0:03:36 0:00

Pandemiya dövründə bunkerlərin əhəmiyyəti xeyli artıb

Pandemiya dövründə yüngülvari paranoid olmaq asandır. ABŞ-dakı daşınmaz əmlak agentləri bəzi müştərilərinin çox narahat olduqlarını, əlavə təhlükəsizlik axtardıqlarını deyir.

Onları həyətyanı sahələrdə və ya digər ərazilərdə quraşdırırlar, onlar evəbənzər şəkildə tərtib olunur, bəzi imkanlı ev sahibləri üçün isə onlar hər hansı bir evin alınması vacib hissəsidir – söhbət bunkerlərdən gedir.

“Bura gələndə özümü təhlükəsiz hiss edirdim. Sadəcə anlamadığın bir rahatlıqdır. Burada sakitlik və dinclik var, bunker fenomenaldır! Demək istəyirəm ki, ora girəndə sanki ... özünü həqiqətən təhlükəsiz hiss edirsən!” - deyə, Meri Soulsbey bildirib.

Meri və Tom Soulsbey Cənubi Dakotada bunker sahibləridir. Əvvəllər hərbi baza indi xüsusi bunkerlər sahəsidir. İki il əvvəl burada 575 bunkerin hamısı boş idi, bu gün isə boş bunker tapmaq çox çətindir.

Onların əksəriyyəti yeni sahiblərinin ehtiyaclarına uyğun təmir olunur.

Soulsbeylər gözləmək istəmirdi. Corciyadakı evlərini satıb bura gəldilər. Yeni evlərinin hazır olmasını gözləyərkən yaxınlıqdakı bir treyler-evdə yaşayırlar.

"Pandemiya yüksəlməyə başladıqda Corciyada düşərgə-evlərdə idik və harada olmalı olduğumuzu anladıq - yaşıma və Merinin sağlamlığına görə - ikimiz də yüksək risk qrupuna aidik. Dörd milyonluq əhalidən 30 nəfərlik icma olan yerə köçmək qərarına gəldik. Təxminən eyni bölgədə" - deyə, bunkerin sahibi Tom Soulsbey qeyd edib.

Vivos xPoint şirkətinin bunker satıcısı Robert Visinoya görə, ABŞ-da pandemiyadan sonra bu qərarı verən yalnız Soulsbeylər deyil.

"2000% ehtiyac var, bu isə mövcud olandan 20 dəfə çox deməkdir. Satış 400% -dən çoxdur və təkcə bu sığınacaq deyil, dünyanın digər Vivos sığınacaqları da var!" - deyə, o açıqlayıb.

Tələbatın görünməmiş artımı Texasdakı bunker satıcılarının da diqqətini çəkdiyi bir şeydir. Bunkerlər insanları birbaşa koronavirusdan qoruya bilməsələr də, şübhəsiz ki, çoxları özlərini təhlükəsiz hiss edir.

((Ron Hubbard, Atlas Survival, Sığınacaq satıcısı))

"Telefonum ən azı 2-3 dəqiqədən bir səslənirdi və insanlar gələcək üçün bir bunker almaq barədə soruşurdular. Bir çox insan bu koronavirusun yalnız ilk addım olduğunu və daha böyük bir şeyin baş verəcəyini düşünür. Buna görə də gələcəkdə baş verəcək şeylərə hazırlaşmağa çalışırlar" - deyə, bunker satıcısı Ron Habbard bildirib.

Həmişə pis şeylərə hazır olun - bu prepper – yəni hazırlıqlı adlanan insanların şüarıdır. Onlar həyat uğrunda mübarizənin bir hissəsi kimi ərzaq və ehtiyaclarların ehtiyatını yığır və sığınacaqlar qurur.

"Tanıdığım bir çox prepper - müzakirələrdə bunu deyirdi -" Baxın, biz dəli deyildik, biz haqlı idik. Onlar özlərini haqlı olduqlarını hesab edirlər - deyə, antropoloq Çad Hadlston qeyd edib.

Prepper hərəkatını araşdıran antropoloq Çad Hadlstoneyir ki, bunker almaq bəziləri üçün pis fikir deyil, amma qaçmaq üçün real yol deyil.

"Özünüzü təhlükəsiz hiss edirsiniz, amma düşünürəm ki, əsl pandemiyada və ya real bir fəlakətdə gördüyümüz kimi, bunkerinizə qaçmaq və tamamilə təhlükəsiz olmağınız planı, görünür ki, bir fantaziyadır" - deyə, o münasibət bildirib.

Tom və Meri Soulsbey əmanətlərinin üçdə birini öz bunkerlərinə xərclədiklərini bildirib. Onlar bir neçə aydan sonra qızları və nəvələrini gəlməyə və qalmağa dəvət etməyi planlaşdırırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG