Accessibility links

Tələbələr koronavirus səbəbindən ödənişlərinin qaytarılmasını tələb edir


Tələbələr koronavirus zamanı təhsil ödənişlərinin qaytarılmasını tələb edir
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Kollec tələbələri onlayn öyrənməni mənimsəməyə çalışdıqları üçün bəziləri bunun yetərli olmadığını söyləyir və pullarının geri qaytarılmasını istəyirlər. Bəziləri petisiyalara imza atır, məhkəmə iddiaları qaldırır və universitetlərdən yaz semestri üçün təhsil haqlarını tələbi ilə tətillər təşkil edirlər.

UChicago Ədalətli Təhsil" adlı bir tələbə təşkilatı sözügedən qruplardan biridir.

Onlar onlayn dərslərlə sinifdəkinin eyni olmadığını deyir və yaz semestrinə görə təhsil haqlarının yarısının qaytarılmasını tələb edirlər.

"Mən vizual incəsənət sahəsindəyəm. Artıq studiyama və ya resurslarıma daxil ola bilmirəm. Böyük dissertasiya şoum da ləğv edildi” deyə, Culia Etye bildirib.

2000-dən çox tələbə ərizəyə imza atdı.

Mayın əvvəllərində bəziləri universitet rəsmiləri onların narahatlıqlarını eşitməyincə təhsil haqqından imtina etdilər. Universitet bunun aradan qaldırılmayacağını deyir

Təhsil haqqı və ödəniş edə bilməyən tələbələr imtiyaz üçün müraciət etməli və ya təxirə salınmasını istəməlidirlər.

Universitet bu açıqlamanı yaydı: "7 aprel və 21 aprel yeniləmələrimizdə qeyd olunduğu kimi COVID-19 pandemiyasının universitetə maliyə təsiri olmamalıdır. Çünki universitetin tədqiqat və təhsil missiyasını yerinə yetirməyinə diqqət ayırmalıyıq. Belə olduqda, fərdi maliyə imkanlarından asılı olmayaraq bütün tələbələr üçün təhsil haqqını azalda bilmərik"

Tələbələr Çikaqo Universitetinin ölkədə ən varlılardan biri olduğunu və təhsil haqqlarını geri qaytara biləcəyini deyir

"Ümumilikdə bu, universitetə 85 milyondan daha ucuz başa gələcək, bu, çox görünə bilər, amma əslində onlar üçün bu çox kiçik bir şeydir, onların imkanları 8 milyard dollardan çoxdur!" - deyə, tələbə Culia Etye qeyd edir.

ABŞ-ın hər yerində onlarla universitet tələbələri ərizə imzalayır və kollektiv tətillər edirlər. Lakin mütəxəssislər onların qazanmaq şanslarının az olduğunu deyir.

“Əksər qurumlar çətinliklə yaşayır. Onlar təhsil haqlarından asılıdır. Sadəcə, nəhəng pul toplama bankı yoxdur ki, "Oh, burda təhsil haqqının 20% -ni qaytaraq". Harvard bəzi şeylərdən imtina etsəydi, bəlkə də bunu edə bilərdi. Lakin əksər institutlar yaxşı yardım almır və ildən-ilə tələbələrindən topladıqları təhsil haqları ilə yaşayır” - deyə, Professor Devid Feldman bildirir.

Feldman deyir ki, karantin zamanı universitetlərin xərcləri həqiqətən artıb.

“İnstitutlar texnoloji yenilikləri almalı oldular. Yeni tədris formasını tətbiq etməli, məsləhətləri və bütün bu digər fəaliyyətləri uzaqdan idarə etməli olduq... Bu binalara hələ də pul ödənilir. Binalarımızın doldurduğu avadanlıqlar hələ də ödənilir. Biz tələbə şəhərciklərindən istifadəni dayandırmamışıq“ - deyə, o bir çox məqamlara aydınlıq gətirib.

Digər bir problem isə onlayn və sinifdəki təhsil arasındakı fərqi necə ölçməkdir.

"Əgər əvvəllər kollec onlayn təhsil təklif etməyibsə, təhsil haqqının nə qədər olduğunu bilmirsən. Onlayn təhsili olan kolleclərin əksəriyyəti, üz-üzə təhsillə yanaşı, eyni miqdarda ödəniş edirlər. Buna görə, açıq şəkildə ləğv edilən dərslər xaricində, bu etirazların nəticə verməsi çox çətin olduğunu düşünürəm" - deyə, Tələbə Maliyə Dəstəyi Mütəxəssisi Mark Kantrovitz bildirib.

Tələbələrin vəkilləri razı deyillər və laboratoriyalara, kitabxanalara və tələbələrin ödədikləri digər dəstəyə girişlərinin olmadığını deyirlər.

“Bu müqavilə məsələsidir. Sizə müəyyən bir təhsil növü vəd edilmişdi və universitet onu təmin etməyərək bu vədi pozdu. Biz bunda universiteti günahkar görmürük, ancaq müqavilə ilə təmin etməli olduqlarının təmin edə bilmirlər“ - deyə, Stiv Berman qeyd edib.

Tələbələr, həmçinin yaşayış yerləri, yemək və ictimai nəqliyyat üçün vəsaitlərinin qaytarılmasını tələb edirlər.

Vəkil iddia edir ki, məhkəmə iddialarabaxılması üçün müəyyən vaxt tələb edə bilər. Lakin tələbələr hər iki tərəfin bundan əvvəl bir uzlaşmaya nail olacağına ümid edirlər.

XS
SM
MD
LG