Accessibility links

Livanın baş naziri ölkədə ərzaq böhranının ola biləcəyini deyir


Baş nazir Həsən Diab deyir ki, kəskin maliyyə böhranı və COVID-19 pandemiyası ilə üzləşən Livan həm də aclıq riski qarşısındadır. O, xəbərdarlıq edir ki, ölkədə baş verin bir sıra böhranlar Avropaya yeni miqrant axınına səbəb ola bilər. Diab Birləşmiş Ştatlar və Avropadan maddi yardım istəyib.

Ölkədəki maliyyə böhranı daha öncə görülməyən səviyyədədir. Son aylarda Livanda inflasiya, yoxsulluq və işsizlik artıb. Bəzi məhsulların qiymətləri iki qat artıb. Diab deyir ki, böhran insanların hətta çörək ala bilməmələrinə gətirib çıxara bilər.

Təhlilçi Maykl Yanq deyir ki, Livanın qarşısında iki yol var. Bunlardan biri Beynəlxalq Maliyyə Fonduna yardım planının ilk hissəsi olaraq Livanı 10 milyard dollar yardımla təmin etməyə icazə verəcək islahatları həyata keçirməkdir. Yanq bunun Dünya Bankı və Qərbdən daha böyük yardım almaq üçün mühüm olduğunu deyib.

O, The National qəzetinə bildirib ki, digər seçim “iflasa, hərc-mərcliyə, aclığa və kütləvi emiqrasiyaya” aparan yolu izləməkdir.

Livan Amerikan Universitetinin professoru Həbib Malik deyir ki, islahatlara böyük ehtiyac var. O, Amerikanın Səsinə bildirib ki, Livan çətin, açıq seçimlərlə üzləşir və onları həyata keçirmək asan olmayacaq.

“Livan bir neçə çox böyük çətinlikdən əziyyət çəkir. Biz bilirik ki, BVF xeyriyyə təşkilatı deyil. Onların çox sərt şərtləri olur. Bu şərtlərin isə ölkədəki problemi yaradanlar üçün deyil, bunun təsirinə məruz qalan insanlar üçün mənfi nəticələri olacaq. Buna səbəb olan siyasi sinifə heç bir təsiri olmaycaq. Bizi bu vəziyyətə salan elə həmin cinayətkar siyasi sinifdir”, o deyib.

L’Orient-Le Jour qəzetinin yazarı Jenin Jalk deyir ki, Livan BVR-nin şərtlərinə etiraz edə bilməz. Bu səbəblə də, iqtisadçılar “iqtisadiyyatın əsas sahələri yenidən qurulmayana, islahatlar olunmayana və ədliyyə sisteminin müstəqilliyi bərpa olunmayanadək hazırkı vəziyyətdə heç bir razılığın ola bilməyəcəyini" bilir. Onun sözlərinə görə, "BVF Livanda lazım olan islahatlarla bağlı kompromisə getməyəcək. “

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG