Accessibility links

Dünyada COVİD-19-a yoluxanların sayı 5.3 milyona yaxındır


Nyu-Yorkda mart ayının 24-dən bəri ilk dəfə koronavirusa gündəlik yoluxma hallarında 100-dən çox azalma müşahidə edilib.

Ştat qurbenatoru Endrü Kuomo şənbə günü 84 nəfərin ölümünü faciə adlandırıb. Lakin o, gündəlik yoluxma hallarının azalmasını yaxşı xəbər kimi qiymətləndirib.

Çində şənbə günü yoluxma hallarının dayanmasından sonra yeni dalğa baş qaldırıb.

Milli Səhiyyə Komissiyasının bildirdiyinə görə, cümə axşamı və cümə günləri yoluxma halları 4-dın 0-a enib, ölənlərin sayı 4600-dən çox olub və şənbə günü 83 000 yoluxma halı qeydə alınıb.

Çində səyahət məhdudiyyətləri bəzi bölgələrdə yoluxma hllarının azalmasına xidmət edib.

Con Hopkins Universtetinin məlimatına görə, dünyada COVİD-19-a yoluxanların sayı 5.3 milyona yaxındır. Virus 340 min nəfərin həyatını itirməsinə səbəb olub.

İnsanların iqtisadiyyatın yenidən açılması səyləri çətinliklərlə üzləşib.

Müsaılmanlar Ramazan bayramını birgə qeyd edə bilmir.

Virus ABŞ-da bazar ertəsi günü qeyd ediləcək Xatirə Günü şənliklərinə də mane olur.

ABŞ 1.6 milyon yoluxma halı ilə dünyada virusun episentridir.

XS
SM
MD
LG