Accessibility links

Koronavirusla mübarizə apararkən işini itirən həkim


Koronavirusla mübarizə apararkən işini itirən həkim
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Koronavirusla mübarizə apararkən işini itirən həkim

Amerikada ştatlar tədricən açıldıqca, bloklanmalara son qoyulur. Pandemiya sənaye, səhiyyə sektorlarını əhatə etməklə iqtisadiyyata ciddi ziyan vurub. Lakin səhiyyə işçiləri və onlardan asılı olanlar üçün çətinliklərin davam edəcəyi gözlənilir. Amerikalı bir həkimin COVID-19-la mübarizə məqsədi ilə virusun episentr bölgəsində köçməsi ilə hazırda işsiz qalıb.

7 uşağı olan Dr. Mayk Vilson Texasdakı evinə və atalıq vəzifəsinə qayıdıb.

İndi o, Nyu-Yorkdakı səyyar xəstəxana direktorluğundan çox uzaqdır. Doktor ilk dəfə Amerikanın Səsinə 5 həftə fasiləsiz işləməklə yolun yarısında olduğunda danışıb.

Nyu-Yorkda yoluxma halları azaldıqdan sonra doktor Vilson Texasa, işlədiyi xəstəxanaya qayıdıb. Və məlum olub ki, onun artıq işi yoxdur.

“Xəstə qəbulu az olduğu üçün onlar işçilərə ehtiyac olmadığını dedilər. Tibb bacıları və həkimlərin çoxu ya işdən çıxarılıb, ya da icbari məzuniyyətə göndərilib” - deyə, Vilson bildirib.

Pandemiyanın yayıldığı müddət ərzində ABŞ-ın özəl səhiyyə ocaqları 1.4 milyon nəfəri işindən azad edib.

Virus yayılmağa başladıqda xəstəxanalar planlaşdırılmış gəlirli cərahiyyə əməliyyatlarını təxirə salaraq, koronavirus xəstələrinə yer açmışdı. Maliyyə böhranı yaşayan bəzi xəstəxanalar əlacsız qalmışdı. Eyni zamanda təxirəsalınmaz yardım şöbələrində işlər kəskin azalmağa başlamışdı. Belə ki, amerikalılar COVİD-19 böhranı ilə mübarizə aparan müəssislərə getməkdən imtina edirdi.

Dr. Ruçita Qandi xəstəxanaya geç müraciət edən ifliç xəstəsi bir qadını müalicə edib.

“Biz qan laxtasının çox geniş olduğunu gördük. Bu, bizim həqiqətən müdaxilə edə biləcəyimiz bir hal idi. Əgər bu qadın 24 saat ərzində bizə müraciət etsəydi, laxtanı çıxara bilərdik. “

Xəstələrin gəlməməsi və gəlirlərin azalması xəstəxanaları işçilərini işdən çıxarmağa vadar olub.

Dr. K. Key Mudi 23 min işçidən ibarət təcili yardım qrupunun təsisçisidir. Onun dediyinə görə, işçilər xəstə azlığından şikayət etsələr onları işsizlik gözləyə bilər.

“Xəstəxana önündə maşınlar sıraya durduqda bizə insan lazım olacaq. Nə zəman yüksəliş və ya nə zaman fövqəladə halların baş verə biləcəyini bilmədiyimiz üçün həmişə hazır vəziyyətdə olmalıyıq.”

Mart ayında gəlirlərini itirmiş xəstəxanalara yardım məqsədi ilə 2 trillion dollar ayrılıb.

Lakin bunun son illərdə ilk dəfə yeni rezume hazırlayan doktor Vilsona təsiri olmayıb.

XS
SM
MD
LG