Accessibility links

ABŞ-da pandemiya ilə bağlı son vəziyyət


Son iki həftədir ABŞ-da koronavirusdan hər gün təxminən 900 nəfər həyatını itirir. Yeni yoluxma halları isə gündə 20 min artır.

Bu, aprel ayında baş verən pik zamanı qeydə alınan gündəlik 3000 ölüm halı və 30 min yoluxma halı ilə müqayisədə azdır.

Lakin epidemiyanın nəzarət altında alınmasında əldə olunan irəliləyişlərdə durğunluq müşahidə olunur.

Belə ki, evdə qalmaqla bağlı göstərişlər, restoranlar, barlar və teatrların bağlaması, böyük toplantıların qadağan edilməsi COVID-19-a səbəb olan koronavirusun yayılmasının yavaşlamasına gətirib çıxarmışdı.

Epidemioloji terminologiya ilə desək, əyri xətt düzləşmişdi. Lakin ABŞ-da karantin rejimləri aradan qaldırıldığı bir vaxt, əyri xətt düz olaraq qalır, amma səhiyyə rəsmiləri bu xəttin aşağı enməli olduğunu deyir. ​

Nyu York
Nyu York

Yay havası

Hazırkı hava şəraiti hələ ki, virusun əleyhinədir. Yayın isti və nəmişli havası infeksiya riskini aradan qaldırmasa da, azaldır.

Ancaq avqustun sonunda, sentyabrın əvvəlində vəziyyət dəyişməyə başlayacaq. İqlim şəraiti virusun xeyrinə dəyişəcək və gözlənilən ikinci dalğa başlayacaq.

“Yay mövsümündə, hava bizim xeyrimizə olanda doğru addım atmaq lazımdır”, Vaşinqton Universitetindən Əli Mokdad deyir.

Bu isə, onun sözlərinə görə, o deməkdir ki, “biz qorunmağa davam etməliyik və virusun yayılmasını minimumda saxlamağa çalışmalıyıq.”

Lakin Birləşmiş Ştatların çox hissəsində bağlama tədbirləri aradan qaldırılır.

Açılma və yayılma

Hər 50 ştat məhdudiyyətləri aradan qaldırmağa, biznesləri yenidən açmağa başlayıb.

Eyni zamanda isə bəzi ştatlarda yeni yoluxma halları artmağa başlayıb.

Amma hər məhdudiyyəti aradan qaldıran ştatda artım müşahidə olunmur. Ekspertlər Arizonada yoluxmaların artmasının, Corciyada isə enyi qalmasının səbəbini izah edə bilmir.

Üz maskası
Üz maskası

Maska taxmaq

Maskaların virusun yayılma sürətini əhəmiyyətli dərəcədə azaltdığına dair sübutlar artır.

Harvard Universitetinin epidemiologiya professoru Maykl Mina müxbirlərə deyib ki, maska taxmaq “yoluxma hallarının aşağı saxlamağın ən sadə və effektiv yoludur. Buna şübhə yoxdur.”

Amma ABŞ-da maskalar belə siyasi məsələyə çevrilib.

Bir rəy sorğusunun nəticələri Demokratların evlərini tərk edərkən maska taxmaq ehtimallarının Respublikaçılarla müqayisədə iki dəfə yüksək olduğunu göstərib.

Test

İctimai səhiyyə rəsmiləri xəstəliyə nəzarət edə bilmək üçün, kimin virusa yoluxduğunu bilməlidirlər. Əvvəl testlər məhdud olsa da, son bir neçə ayda test imkanları artıb.

Buna bamxyaraq ABŞ boyu test imkanları yetərli deyil. Eksperlər testlərin 5 faizi müsbət olduğu zaman kifayət qədər test edirlər, amma ştatların yarısı bu nisbətə çatmayıb.

Pasientlərin testləri müsbət çıxanda səhiyyə rəsmiləri onların virusu kimə yoluxdurduqlarını müəyyən etməli və onları da test edib, təcrid etməlidirlər.

Çinin Yisheng Biopharma şirkəti COVID-19-a qarşı vaksin inkişaf etditməyə çalışır
Çinin Yisheng Biopharma şirkəti COVID-19-a qarşı vaksin inkişaf etditməyə çalışır

Vaksin

Pandemiyaya son qoymaq üçün vaksin olmalıdır. Alimlər daha öncə görülməmiş sürətdə gələn ilin əvvəlinə təhlükəsiz və effketiv vaksin inkişaf etdirməyə çalışırlar.

Ümumdünya Səhiyyə Təşkilatı hazırda 10 namizədin insanlar üzərində sınaq keçirdiklərini, 126-nın isə preklinik araşdırmalar apardığını bildirir. Biotexnologiya şirkəti olan Moderna gələn ayın əvvəlində sınaqların son mərhələsinə başlayacağını bildirib.

Vaksinin mümkün olduğu qədər tez bir zamanda hazır olmasını təmin etmək üçün bir neçə şirkət müxətlif ölkələri hökümətlərinin dəstəyi ilə vaksinlərin effektiv olub-olmayacağı bəlli olmadan belə onların istehsalına başlayır.

Müalicə

İndiyədək COVID-19-a qarşı müsbət nəticə verən bir dərman var, amma onun da faydaları məhduddur. Bir araşdırmanın nəticələrinə görə, COVID-19 pasientləri Gilead əczaçılıq şirkətinin Remdesivir adlı dərmanı sayəsində xəstəxanda daha az vaxt qalıblar. Lakin dərmanın həayatların qurtarılmasına əhəmiyyətli təsiri olmayıb.

Malyariyaya qarşı istifadə olunan hidroksiklorokin dərmanı pandemiyanın əvvəlində bpykü diqqət cəlb etsə də, onun effktiv olduğuna dair sübut yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG