Accessibility links

Yeni Zelandiyada koronavirusun qarşısının alındığı elan olunandan sonra iki yeni yoluxma halı qeydə alınıb


Yeni Zelandiyanın baş naziri Casinda Ardern ölkədə koronavirus hallarının bitdiyini elan edəndən bir həftə sonra “qəbuledilməz uğursuzluq” nəticəsində virusa iki yeni yoluxma halının qeydə alındığını bildirib.

Rəsmilər çərşənbə axşamı bu yaxınlarda ölüm döşəyində olan qohumlarını ziyarət etmək üçün Londona səfərdən dönən iki qadının COVID-19 testinin müsbət çıxdığını, lakin test nəticələrinin onlara məcburi 14 günlük karantini erkən tərk edərək Auklanddan Vellinqtona maşınla səfər etmələrinə icazə verildiyini deyib.

Baş nazir Casinda Ardern çərşənbə günü müxbirlərə deyib ki, o, karantinə nəzarət etmək və təcrid təsislərini idarə etməyə müdafiə nazirinin yardımçısı, hava kommodoru Diqbi Vebbi təyin edib.

Səhiyyə rəsmiləri bildirir ki, onlar qadınların təyyarədə və karantin zamanı qaldıqları oteldə ünsiyyətdə ola biləcəkləri 320 nəfərlə əlaqə qurmağa çalışırlar.

Ardern ötən bazar ertəsi Yeni Zelandiyada koronavirusa yoluxmalarının qarşısının alındığını bildirərək son sosial və iqtisadi məhdudiyyətləri aradan qaldırmışdı. Bu iki qadınının testi müsbət çıxmadan ğncə ölkədə son 24 gün ərzində COVID-19-a heç bir yeni yoluxma halı qeydə alınmamışdı.

Yeni Zelandiyada koronavirusa ilk yoluxma halı mart ayında qeydə alınandan sonra baş nazir ölkə byu karantin rejimi tətbiq etmiş, əsas xidmətlərdən başqa bütün iqtisadi fəallığı dayandırmışdı. Daha sonra o, may ayından başlayaraq məhdudiyyətləri yüngülləşdirməyə başladı, ancaq ölkə sərhədlərini beynəlxalq səyahətə bağlı saxladı. Ölkəyə yalnız evləriə qayıdan vətəndaşlar daxil ola bilər.

Beş milyonluq əhalisi olan Yeni Zelandiyada ümumilikdə 1154 yoluxma, 22 ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG