Accessibility links

Ərdəbildə həbs edilən iki milli fəal müvəqqəti azadlığa buraxılıb


Ərdəbil image
Ərdəbil image

İran Azərbaycanının Ərdəbil şəhərində iyunun 10-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Əli və Rza Vasiqi qardaşları 6 gün nəzarətdə saxlandıqdan sonra ağır girov qarşılığında müvəqqəti sərbəst buraxılıblar.

İranda insan haqları üzrə məlumat yayan HRA xəbər agentliyinə istinadən, Əli və Rza Vasiqi iyunun 10-da saxlanılaraq, 6 gün təhlükəsizlik qüvvələrinin nəzarətində qaldıqdan sonra hər biri 110 milyon tümən zəmanət qarşılığında məhkəməyə qədər sərbəst buraxılıblar.

Ərdəbil şəhərinin Ettelaat İdarəsinin qüvvələri axşam saatlarında Vasiqi qardaşlarının iş yerinə hücum edərək iki milli fəalı həbs orderi göstərmədən nəzarətə alıb, daha sonra fəalların iş yerinə gələrək axtarış aparmışdı.

Nəzarətə alınma əsnasında təhlükəsizlik qüvvələrinin həbs orderi təqdim etməməsi və Əli və Rza Vasiqinin bu qanunsuz rəftara müqavimət göstərməsi nəticəsində Ettelaat qüvvələri şiddət tətbiq edərək, milli fəalları döyüb həbs edib.

Son həftələrdə İran təhlükəsizlik qüvvələrinin tərəfindən Azərbaycanlı milli fəallara təzyiqlər artıb və bir çox milli fəal yenidən həbs edilib.

Milli fəal Rza Vasiqi daha öncə də İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Vasiqi birinci dəfə 2015-ci ilin noyabr ayında irqçilik əleyhinə aksiyalar zamanı, ikinci dəfə isə 2018-ci ildə Babək qalasına yürüş zamanı başqa bir neçə fəalla bərabər saxlanmışdı.

Ərdəbilli milli fəallar iyunun 17-də Vasiqi qardaşlarının evinə gedərək onlarla görüşüblər. Əli və Rza Vasiqi bir həftə nəzarətdə qaldıqdan sonra müvəqqəti azadlığa çıxdıqları zaman sosial şəbəkələrdə onların bədənlərində işgəncə və döyülmə nəticəsində yaranan göyərmə izlərinin fotoları yayılıb.

XS
SM
MD
LG