Accessibility links

Aqil Hümbətov xəstəxanadan buraxılıb


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətov iyulun 1-də Bakı Ruhi Əsəb Dispanserindən evə buraxılıb.

Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib.

Aqil Hümbətov aprelin 3-də Xəzər Rayon Məhkəməsinin qərarı ilə Bakı Ruhi Əsəb Dispanserinə yerləşdirilmişdi.

Məhkəmə aprelin 2-də saxlanan Aqil Hümbətovun məcburi müalicəyə göndərilməsi ilə bağlı qərar qəbul etmişdi.

AXCP üzvünün sözlərinə görə, onu iyulun 1-də günorta saatlarında baş həkimin yanına çağıraraq evə buraxıldığını bildiriblər.

"Kağız verdilər ki, evə buraxılıram. Başqa heç nə demədilər".

Aqil Hümbətovun sözlərinə görə, o, şərlənərək ruhi əsəb xəstəxanasına yerləşdirilib.

"Şərləmə idi, amma indi hər şey yaxşıdır, azadlıqdayam" , partiya üzvü bildirib.

Küçələrdən plastik qablar, karton və sair toplayıb satmaqla üç azyaşlı uşağını dolandıran Aqil Hümbətov ötən ilin martında da 30-günlük inzibati həbslə cəzalandırılmışdı.

O, polisə müqavimətdə təqsirləndirilsə də, cəbhəçi həbsini iki gün öncə prezidenti tənqid etməsi ilə izah etmişdi.

Aqil Hümbətov bu il martın 29-da canlı yayımda uşaqlarının aclıqdan əziyyət çəkdiyini, övladı xəstə olduğu halda, onun müalicəsinə pul tapa bilmədiyini demiş, prezident İlham Əliyevi və komandasını tənqid etmişdi.

Azərbaycan rəsmiləri ölkədə heç kimin tənqidi fikirlərinə görə təqib olunmadığını bildirirlər.

(c) AzadlıqRadiosu

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG