Accessibility links

Sobsan boya fabrikindəki yanğın söndürülüb, 5 nəfər xəsarət alıb


Bakıda yanğın
Bakıda yanğın

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) iyulun 5-də açıqladığı məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, FHN-in 5 əməkdaşı xəsarət alıb.

“Yanğının xüsusilə mürəkkəbliyinə, obyektdə böyük həcmdə tezalışan və partlamaya meylli maddələrin saxlanıldığına baxmayaraq, yanğınsöndürmə və xilasetmə qüvvələrinin effektiv tətbiqi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının qarşısı alınaraq daha böyük fəsadların baş verməsinə, o cümlədən yanğının genişlənərək ətraf ərazilərə yayılmasına, obyektə bitişik evlərə keçməsinə imkan verilməyib,” məlumatda deyilir.

İlkin hesablamalara görə, yanğın nəticəsində təqribən 3000 kvadrat metr ərazi yanıb.

Zavodun ərazisindən bir neçə partlayış səsi eşidilib

Sosial platformalarda yayılan videolardan görünür ki, yanğın geniş sahəyə yayılıb, zavodun ərazisindən bir neçə partlayış səsi eşidilib. Hadisə yerində olanlar bildirir ki, partlayışlar zavodun həyətində olan böyük çənlərdə baş verib.

İlkin məlumata görə, hadisə zamanı bir neçə nəfər tüstüdən zəhərlənib. "Sobsan" boya fabrikinin məsul şəxslərindən baş vermiş hadisə ilə bağlı hələlik açıqlama almaq mümkün olmayıb.

XS
SM
MD
LG