Accessibility links

AXCP fəalı 15 sutka müddətinə inzibati qaydada həbs olunub


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Qaçay Qafarov 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

AXCP-dən Amerikanın Səsinə verilən məlumata görə, Q.Qafarov barədə qərarı Göyçay Rayon Məhkəməsi verib.

Məhkəmə Qafarovu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəni (polisə tabe olmama) pozmaqda təqsirli bilib.

İyulun 4-də bu partiyanın Göyçay rayon şöbəsinin fəalı Qaçay Qafarov, iyunun 27-də İsmayıllı şöbəsinin fəalı Faiq Rəşidov (10 sutka inzibati həbsə məhkum edilib) və iyulun 4-də Masallı şöbəsinin fəalı Əlixan Rəcəbli saxlanılıb.

“Diqqət! Repressiyanın yeni dalğası! Bu dəfə hədəfləri region cəbhəçiləridir. Evinə qapadılmış millət bunlardan yemək pulu istəyir, bunlar da cəbhəçilərin həbsinin yeni dalğasına başlayıblar. Ancaq xeyri yoxdur. Bununla öz bacarıqsızlıqlarını, anti-xalq siyasətlərini ört-basdır edə, cəbhəçiləri qorxuda bilməyəcəklər,” AXCP sədri Əli Kərimlinin Facebook səhifəsində admin heyəti ona istinadən yazıb.

Öz növbəsində, Qaçay Qafarovun atası Alışan Qafarov oğlunun saxlanıldığını təsdiq edib.

“Oğlum Qaçay iyulun 4-də Yalman kəndində otlaq sahəsində qoyun otararkən 4 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılıb. Otardığı qoyunlar da otlaq sahəsində sahibsiz qalıb. Oğlumun həbsini mənə kəndimizin sakinləri dedi. Sonradan öyrəndim ki, rayon polis şöbəsindədir. Polis şöbəsində növbətçi dedi ki, Facebook statusuna görə saxlayıblar, iyulun 6-da məhkəmə qarşısına çıxaracaqlar,” ata Amerikanın Səsinə bildirib.

Hüquq mühafizə orqanları AXCP fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

AXCP COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin dövründə 30-dan çox fəalının inzibati qaydada, 3 fəalının isə cinayət təqibi ilə həbs edildiyini bildirir.

Rəsmi qurumlar isə ölkədə insanların siyasi iradəsinə görə təqib edilmədiyini, bütün vətəndaşların qanunvericilik qarşısında bərabər olduğunu bəyan edir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG