Accessibility links

Arizona ştatı ABŞ-da pandemiyanın mərkəzinə çevirilir


Arizona ştatı ABŞ-da pandemiyanın mərkəzinə çevrilir
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Arizona ştatı ABŞ-da pandemiyanın mərkəzinə çevrilir

Arizona 100.000 yoluxma ilə pandemiyada yeni qaynar nöqtəyə çevrilir.

Arizona hər dörd testdən birinin müsbət çıxması ilə adambaşına düşən yeni yoluxmalarala görə ölkədə ilk sıradadır.

Xəstəxanaya yerləşdirmələrdə rekord rəqəmlər olmaqla yanaşı, süni tənəffüs aparatlarına ehtiyac ən yüksək həddə çatdıqca, ştatın ən böyük səhiyyə xidməti ötən həftə imkanların tükənə biləcəyi haqda xəbərdarlığını edib.

ICU çarpayılarının 89% -dən çoxu artıq istifadə olunmaqdadır.

Ancaq bir çox sakin hələ də maska taxmaqdan imtina edir. Yalnız son vaxtlara qədər barlar, restoranlar və hətta gecə klubları açıq idi.

“İnsanların bunu ciddi qəbul etmədiklərini hiss etdiyim üçün narahatam. Xüsusilə bir kollec şəhəri olan Tempedə maskalı insanları görmək çox çətindir" - deyə, tələbə Şakki Bat bildirib.

Ancaq yeni artımlar bir çox sakinləri böhranın miqyasını yenidən nəzərdən keçirməyə məcbur edib.

"Bu yaxınlarda bir dostumun evinə getdiyim üçün testdən keçməli oldun. Çünki bu evdə olanlardan biri, onların ailə üzvünün testi müsbət çıxmışdı" - deyə, Arizona sakini Ceremi Lui qeyd edib.

Arizona qubernatoru Daq Düsi ən az 30 günlük yeni qapanma sərəncamı verib.

Ancaq bəzi tənqidçilər ştatın daha erkən açıldığını söyləyirlər. Arizonanın may ayının ortalarında məhdudiyyətləri aradan qaldırması potensial olaraq virusun daha sürətli yayılmasına imkan verib.

“Arizonada hökumətin bütün səviyyələrində mübarizə siyasəti olduqca pis idi. Xüsusilə, Daq Düsi bunun baş verəcəyini deyən universitetlərin və müstəqil təşkilatların milli araşdırmalarına məhəl qoymamaqla bütün protokola rahatlıqla yanaşmışdı" - deyə, Hibris Forumunun prezidenti Maksvel Flenaqan bildirib.

Qubernator yenidən açılma qərarını, həmçinin dairələrdə maska siyasətini tətbiq etmələrinə mane olan tənzimləməni müdafiə edib.

“Məqsəd maskaların qarşısını almaq deyildi. Mən artıq bir müddətdir aprel ayından bəri maskalar haqqında danışıram. Məqsəd biznesləri daha təhlükəsiz və uğurlu şəkildə açmaq və bizneslərin yenidən açılması baxımından qarışıqlığın olmadığına əmin olmaq idi” - Daq Düsi münasibət bildirib.

Qubernator yeni məhdudiyyətlər tətbiq etsə də, ekspertlər ştatdakı vəziyyətin sakinlərin qaydalara necə riayət etmələrindən asılı olacağını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG