Accessibility links

Texnoloji möcüzə - reallığı "artıran" qolbaq


Texnoloji möcüzə - reallığı "artıran" qolbaq
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Texnoloji möcüzə - reallığı "artıran" qolbaq

Belə bir ümumi fikir var ki, insan duyğuları məhduddur - gözlə görürsən, qulaqla eşidirsən. Səslər isə nələrsə tərpənəndə yaranır. Bunu qulaqlarımızla eşidirik. Tədqiqatçılar istifadəçilərin vibrasiya formasında dəri vasitəsilə "eşitməsinə" imkan verərək, reallığı "artıran" bir cihaz hazırlayıblar.

Bu xüsusi qolbaq dəri vasitəsilə eşitməyə imkan verir. “Neosensory” tərəfindən hazırlanan Buzz adlı cihaz səsləri tutan mikrofonun köməyi ilə qulaq kimi davranır - sonra bu biləkdə yayılan tezliklərə çevrilir.

Stenford Universitetinin Nevroalimi, Neosensory şirkətinin həmtəsisçisi David İqlman bildirib ki, bunun üzərində mühərriklər var, onlar vibrasiya edən mühərriklərdir.

Qolbaq ətrafdakı müxtəlif səsləri tutur və onları vibrasiya nümunələrinə çevirir. Mühərriklər qolbaq boyunca titrəyir - mobil telefon vibrasiyası kimi

"Bunlardan hər hansı biri beynə dəri və onurğa beyin vasitəsilə çatır və sonra insanlar bunu necə şərh etməyi öyrənə bilərlər" - deyə, Stenford Universitetinin Nevroalimi, Neosensory şirkətinin həmtəsisçisi David İqlman deyib.

Korların Braillyeni "oxumağı" bacardığı kimi kar və eşitmə qabiliyyəti zəif olanlar Buzz ilə dəridəki müxtəlif vibrasiyalar vasitəsilə eşitməyi öyrənə bilər…məsələn, dil biliklərinə yiyələnmək kimi.

"...çünki beyin gördüyünüz ilə hiss etdiyiniz arasında, gözləriniz və qulaqlarınız arasında olduğu kimi əlaqə yaradır" - deyə, Stenford Universitetinin Nevroalimi, Neosensory şirkətinin həmtəsisçisi David İqlman qeyd edib.

Neosensory-ə görə, bu qolbaq eyni zamanda bir sıra iş görən birinin daha yaxşı eşidə bilməyinə də kömək edə bilər.

"Küləkli havada dron uçurursuz və gözünüzü çəkə bilmirsiz. Gözləriniz başqa yerə baxarkən siz məlumatların hamısını dəri üzərindən keçirə biləcəksiniz" - deyə, şirkətin marketinq meneceri Culi Teylor bildirib.

Vibrasiya və tezlik diapazonunun gücünün tənzimlənə biləcəyi cihaz üçün mobil tətbiqetmə də var və bununla istifadəçilər eşitmək istədiklərini eşidə bilərlər.

"Beləliklə, həqiqətən tempi və ritmləri qeyd etməyə kömək edən bir musiqi rejimi var. Yuxu rejimi üçün hazırlanmış və yalnız zəngli saat kimi yüksək səsləri çıxaran başqa bir alqoritmimiz də var. Beləliklə, sizi kiminsə xorultusu ayıltmayacaq" - deyə, Culi Teylor əlavə edib.

Cihazın batareyası daha intensiv istifadə mühitində daha çox enerji sərf etsə də, təxminən 24 saat cihazı çalışdırmağa davam edir.

Bəzi istifadəçilər deyirlər ki, dünyanı dəri vasitəsilə ilə eşidə bilmək onlara heç vaxt olmadığı qədər ətrafa bağlılıq və xəbərdar olmaq imkanı verir.

XS
SM
MD
LG