Accessibility links

Rusiyalı jurnalistə qarşı dövlətə xəyanət ittihamı və reaksiyalar


Rusiyalı jurnalistə qarşı dövlətə xəyanət ittihamı və reaksiyalar
please wait

No media source currently available

0:00 0:03:46 0:00

Rusiyalı jurnalistə qarşı dövlətə xəyanət ittihamı və reaksiyalar

Keçmiş rus hərbi jurnalisti İvan Safronov 13 iyulda dövlət xəyanətində ittiham edilib. Bu, ölkənin digər jurnalistləri arasında dərin narahatlığa səbəb olan addım idi. İttiham aktı Safronovun Çexiya Respublikasına hərbi sirləri ötürməkdə günahlandırılmasından sonra verilib.

Xəyanət Rusiyada ağır cinayətdir, 12 ildən 20 ilədək həbs cəzası verilir. Bu ittiham mayda Rusiyanın Roskosmos fəza agentliyində məsləhətçi olmuş keçmiş rus hərbi jurnalisti İvan Safronova qarşı qaldırılıb.

Dövlət ittihamçıları Safronovu 2017-ci ildə Çex Respublikasına hərbi sirrləri ötürməkdə ittiham edirlər. O, ittihamları rədd edib və onun tərəfdarları bunun saxta ittihamlar olduğunu deyib.

"Bu, Qriqori Paskonun 1997-ci ildə casusluqda ittiham olunmasından sonra jurnalistin xəyanətdə ittiham olunduğu ilk hadisədir. Jurnalistin heç bir dövlət sirrini bilmədiyi barədə fikir birliyi və anlayışı var idi – onlar sadəcə olaraq belə məlumata sahib deyillər. // ((02: 12-)) O, jurnalist kimi işlədiyi müddətdə təqib olunur. ((02: 41-)) Bu, dövlət məmuruna qarşı ittiham deyil, jurnalistə qarşı ittihamdır” - deyə, YeltsinMedia-nın təsisçisi Nataliya Rostova bildirib.

Mediazona nəşrinin verdiyi məlumata görə, casusluq və dövlətə xəyanət ittihamlarının sayı son 10 ildə 5 dəfə artıb. Bu cür işlərə məhkəmə baxışı adətən qapalı qapılar arxasında keçirilir.

“Dəfələrlə insanları dövlət sirrlərini verməkdə ittiham ediblər, hətta bizim universitetimizdə belə. Və bu insanlar heç bir dövlət sirrini bilə bilmirdilər. Buna görə də narahatlıqların haqlı olduğunu düşünürəm və növbəti qurbanın kim olacağını deyə bilmərəm. Potensial qurbanlar çoxdur, çünki Rusiyada siyasi, iqtisadi və beynəlxalq ekspert icması olduqca böyükdür" - deyə, Akademik Fakültələr Mübadilə Proqramının nümayəndəsi Pavel Şarikov qeyd edib.

Təhlilçilər deyirlər ki, potensial olaraq ölkə xaricində peşəkar əlaqələri olan jurnalistlərdən tutmuş alimlərə, diplomatlara qədər hər kəs ittiham oluna bilər.

“Bu həbs rusların Qərb ölkələrindəki əlaqələrə görə risklərlə qarşılaşdığını vurğulayır. Şübhəsiz ki, Rusiyadakı bəzi insanlar FSB və ya Rusiya hüquq-mühafizə orqanlarının digər elementləri tərəfindən sui-istifadədən qorxduqları üçün Qərblə münasibətdə daha ehtiyatlı olacaqlar" - deyə, Avrasiya Mərkəzindən Con Herbst məsələyə münasibət bildirib.

Safronova qarşı ittiham başqa bir rusiyalı jurnalist Svetlana Prokopyevanın terroru təhrik etməkdə təqsirli bilinməsindən bir neçə gün sonra verilib. Lakin o, həbs cəzası əvəzinə cərimə ilə yola salınıb.

“İndi hamımız işimizi özümüzü senzuraya məruz qoymamaq üçün balanslaşdırmalıyıq. Çünki bu vəziyyətə düşsək, təhlükəsizlik xidmətlərinin öz işlərini görüb bizi susdura bildiyini deyə bilərsiniz. Ancaq biz susdurula bilmərik" - deyə, jurnalist Svetlana Prokopyeva qeyd edib.

Safronovun işi Qərb xəbər agentlikləri ilə işləyən rusiyalı jurnalistlər üçün də təhlükə yaradır, bunu CNN-in Moskva bürosunun keçmiş rəhbəri deyir.

“Rusiyada çalışan əcnəbi müxbirlər işləmək və ya digər jurnalistlərdən məlumat almaq məsələsində çox gözlənilməz bir vəziyyətlə qarşılaşacaqlar. Çünki bizdə İvan Safronov, Svetlana Prokopyeva, İvan Qalunov var - bu jurnalistlərin hər biri müxtəlif sahələrdə çalışırlar, amma ya həbs edilmiş, ya saxlanılmış, ya da cinayət məsuliyyətinə cəlb olunmuşlar. Beləliklə, Moskvada bir amerikalı jurnalist olsanız, özünüzdən soruşmalı olacaqsınız - əgər mən belə bir jurnalistlə işləsəm və bu, tamamilə obyektiv jurnalist fəaliyyətidirsə, bu mənim üçün təhlükəlidirmi? Qovula bilərəmmi?” - deyə, Vilson Mərkəzinin nümayəndəsi Cil Douqerti sual edib.

Bir sıra ictimai təşkilatlar və media qurumları İvan Safronovu dəstəkləyən açıqlamalar yayımlayıblar. Jurnalistlər açıq məhkəmə iclası keçirməyi və casus maniyasına son verməyə çağırırlar.

XS
SM
MD
LG