Accessibility links

Rusiya COVID-19 vaksinləri ilə bağlı məlumatı oğurlamaq cəhdində günahlandırılır


Britaniya, Kanada və Birləşmiş Ştatlar Rusiyanı akademik və əczaçılıq müəssisələrindən COVID-19 məlumatlarını oğurlamağa cəhd etməkdə günahlandırıb.

Britaniyanın Milli Kiber Təhülkəsizlik Mərkəzi (NCSC) cümə axşamı ABŞ və Kanada ilə birlikdə Rusiyanın kəşfiyyat icmasının bir hissəsi olduğu bildirilən APT29 haker qrupu tərəfindən vaksin və müalicə ilə bağlı tədqiqatları oğurlmağa cəhd etdiyini elan edib.

NCSC bildirib ki, Cozy Qrupu haker qrupu spear-fişinq, xüsusi zərərli proqramlar və bir sıra başqa alət və texnikalar vasitəsinə hücumlarını davam etdirir.

ABŞ və Britaniya iki ay öncə bildirmişdi ki, hakerlərdən ibarət bir şəbəkə dünya boyu COVID-19 pandemiyası ilə mübarizə ilə məşğul olan təşkilatları hədəf alıblar, lakin onlar bu səyləri birbaşa olaraq Rusiya ilə əlaqələndirməmişdilər.

ABŞ kəşfiyyat agentlikləri Cozy Bear-ın 2016-cı il seçkilərindən öncə prezident Donald Trampa qalib gəlməyə yardım etmək məqsədilə Demokratlar Partiyasının kompüterlərini haker hücumuna məruz qoyduğundan şübhələnir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG