Cümə günü gecə gec saatlarda Oreqon ştatının Portland şəhərində federal məhkəmə binasının önünüdə toplaşıb. Onlar binaya fişənglər atıblar. ABŞ-ın federal agentləri isə onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Nümayişlər federal agentlər gecə saat 2:30-da əraziyə gələnədək davam edib. Onlar küçə boyu addımlayaraq etirazçıları dağıtmaq üçün yaxın məsafədən onlara qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Onlar həmçinin məhkəmə binasının önündəki böyük yanğını söndürüblər.
Federal Müdafiə Xidməti yığıncağı “qanunsuz toplaşma” adlandırıb və zabitlərin xəsarət aldıqlarını bildiriblər.
Portland polisi bildirib ki, izdiham dağıldığı zaman yaxınlıqda bir nəfərin bıçaqlandığı aşkar olunub. Bıçaqlanan şəxs xəstəxanaya aparılıb, şübhəli şəxs isə saxlanılıb.
Gecə saat 3 radələrində nümayişçilərin çoxu ərazini tərk edib, yalnız kiçik bir qrup küçələrdə dolaşmağa davam edib.
Cümə gecə etirazlarda Səhiyyə İşçiləri Etiraz Edir, Zalımlara qarşı Müəllimlər, Qaraların Həyatlarını Dəstəkləyən Vəkillər və “Analar Divarı” adlı bir neçə mütəşəkkil qrup iştirak edib. Rəsmilər izdihamlarda 3 minə yaxın insanın iştirak etdiyini bildirib. İnsanlar “Qaraların Həyatları Mühümdür” və “Federal agentlər evə gedin” kimi şüarlar səsləndiriblər.
Daha sonra etirazçılar məhkəmə binasının ətrafındakı hasarı tərpətməyə çalışıblar, binaya doğru fişənglər və şüşə butulkalar atıblar.
Etirazçılar zaman-zaman onlara qarşı istifadə olunan gözyaşardıcı qaz səbəbilə ərazidən dağılıblar, bəzilərinin halları pisləşib.
Havadakı tüstü dağılandan sonra isə etirazçılar yenidən bir araya gələrək şüarlarının səsləndirməyə və onları federal agentlərdən və məhkəmə binasından ayıran hasarı silkələməyə davam ediblər.
Cümə günü etiraz zamanı həbs olunanların olub-olmadığı bəlli deyil. Prezident Donald Trampın etirazları yatırmaq üçün şəhərə yolladığını federal agentlər irqi ayrı-seçkilik əleyhinə başlayan bəzi hallarda isə zorakı hal alan və hər gecə keçirilən nümayişlərdə onlarla etirazçını həbs ediblər.
Oreqonun Demokrat liderləri bildirir ki, federal müdaxilə iki aydır davam edən böhranı daha da pisləşdirib.