Accessibility links

AXCP-çilərin şikayəti təmin edilməyib, iki fəal həbs edilib, daha iki fəal saxlanılıb


AXCP
AXCP

AXCP Təşkilat Şöbəsinin təlimatçısı Elnur Yusubov 30 sutka inzibati həbsə məhkum edilib

Bakı Apellyasiya Məhkəməsi bu gün, iyulun 28-də barələrində həbs qətimkan tədbiri seçilmiş AXCP üzvləri Məhəbbət Nağıyev, Ceyhun Novruzov və Telman Seyfullayevin apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayıb.

Bu barədə AXCP-dən Amerikanın Səsinə bildiriblər.

Bugünki prosesə yalnız Telman Seyfullayev onlayn qoşulub.

O, fiziki işgəncəyə məruz qalmasını bildirməsə də, 10 gündür eyni paltarda yatıb durduğunu deyib.

Onun vəkili Bəxtiyar Hacıyev bir neçə vəsatət qaldırsa da hakim vəsatətləri təmin etməyib. Vəkil yaxın günlərdə Telman Seyfullayevin həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə məhkəməyə müraciət edəcəyini deyib.

Daha sonra Xətai Rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə AXCP Təşkilat Şöbəsinin təlimatçısı Elnur Yusubovu 30 sutka inzibati həbsə məhkum edib.

AXCP sədrinin müavini Gözəl Bayramlı bildirir ki, bu gün məhkəmə iki gün öncə saxlanılan AXCP fəalı Sarvan Cumalıyev barəsində də 30 sutka inzibati həbs qərarı verib.

Fəallar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə günahlı bilinib.

AXCP -nin məlumatına görə, bu gün partiyanın daha iki fəalı, Sabunçu rayon şöbəsinin üzvləri Yaşar Kərimov və Emin Fərhadov polisə aparılıb.

AXCP-nin məlumatına görə, iyulun 14-də Azərbaycan ordusunu müdafiə məqsədi ilə keçirilən aksiya zamanı yaranan insidentlə bağlı qaldırılan cinayət işi üzrə ümumilikdə bu partiyanın 36 fəalı saxlanılıb. Onlardan 13 nəfərə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib, 9 nəfər inzibati qaydada həbsə məhkum edilib, 10 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. Digərlərinin hansı qismdə saxlanılması hələ bəlli deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG