Accessibility links

"Mavi geyimli qadınlar"- Polis qüvvələrində qadınların rolu


"Mavi geyimli qadınlar"- Polis qüvvələrində qadınların rolu
please wait

No media source currently available

0:00 0:03:23 0:00

May ayında afro-amerikal Corc Floydun Minneapolis polisi tərəfindən saxlanılarkən ölümü hüquq-mühafizə orqanlarına daha çox qadının cəlb edilməsi ilə həddindən artıq güc tətbiq edilməsinin azala biləcəyi ilə bağlı söhbətlər yenidən gündəmə gəlib. Didre Fişelin bu yaxınlarda çəkdiyi "Mavi geyimli qadınlar" sənədli filmi Minneapolis polis idarəsindəki qadın polislərin de- eskalasiya bacarıqlarını nümayiş etdirir. Kişilərin üstünlük təşkil etdiyi bir sahədə qadınlar üçün çətinliklər də mövcuddur.

"Mavi geyimli qadınlar" filmində Didre Fişel qadın polis işçilərinin Minneapolis polis idarəsində üstünlük təşkil edən kişilərin həddindən artıq güc tətbiq edilməsinə qarşı fəaliyyətlərində üzləşdikləri bəzi problemlərdən danışır.

Alis Vayt onlardan biridir.

"Təcavüzkarlar, qatillərlə əlaqədə oluruq. Belə insanlara hörmət göstərmək çətindir. Beləliklə, peşəkarlığı seçməli oldum. Peşəkar olduğunuz müddətcə hörmətli görünəcəksiniz."

Film 1970-ci illərin əvvəllərində Milli Polis Fondu tərəfindən qadın polislərin daha az zorakı davranışları və kişi həmkarlarına nisbətən daha az zorakılığa yol verdiyinə dair aşkarlanan faktları əks etdirir.

"Sadəcə bilirdim ki, ölkəmizin polis zorakılığı ilə üzləşdiyi çox çətin bir vaxtda qadınların nə edə biləcəyinə dair bir film çəkmək istəyirdim" , Didre Fişel deyib.

Alis Vayt:

"Salam, səni niyə dayandırdığımı bilirəm. Sakitləşə bilərsən. Sənin titrədiyini görürəm. Yalnızca rahatla! Rahat ol! Hər şey yaxşıdır.

Filmdə Minneapolis polis idarəsinin yalnız 16% -ni təşkil edən qadınlar göstərilir.

"Rəhbər icraçı komandası üçün heç bir qadın seçmədi. Şef Rondoya çox hörmətim var, amma məni ən çox incidən şey kişi səslərinin üstünlük təşkil etdiyi bir peşədə qadın perspektivinə yol verilməməsidir" - deyə, Katrin Conson bildirib.

Sietlin polis rəisi Karmen Best:

“Daha çox qadın cəlb etmək istəyirik. Qadınları müxtəlif vəzifələrdə görmək istəyirikistəyirik. Hər zaman avtomobil təqibləri və silahlı döyüşlər və binaları qarət etmək olmadığına əmin olmaq istəyirik"


“Etdiyimiz bir çox işin möhkəm əzələ ilə deyil, beyinlə əlaqəsi çoxdur. Bu, bacarıq və insanlara şəfqət göstərməkdir. ”

"Bu, yalnız daha çox qadına deyil,rəngli qadınlara daha çox ehtiyacımız var. Mən düşünürəm polis şöbələrimizin potensial olaraq trasformasiya edilə bilər.

"4-cü məntəqədə çavuş vəzifəsi aldım" , Alis Vayt deyib.

Filmdə Alic Vayt kimi vəzifələrində yüksələn bir neçə Afrika mənşəli amerikalı qadın məmuru göstərilir.

"Qara cəmiyyət üçün bu rolda mənə bənzər qadınları görmək vacibdir" - deyə, Alis bildirib.

Best öz təcrübəsindən danışır.

"Bəziləri dəstək verir, digərləri vermir və həmişə bunun üzərindən çalışırdılar. "Ancaq mənim qətiyyətim" bu mənim problemim deyil deyirdi. İşimi görmək üçün buradayam. Bunu bacardığım qədər yaxşı etməyə çalışacağam. Həqiqətən inanıram ki, yüksəldikcə başqalarını da qaldırmalı və yanınıza almalısınız. "

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG