Accessibility links

BP şirkəti 17 milyard dollar zərər edib


Business Insider-də verilən məlumata görə, neft nəhəngi BP ilin ikinci rütbündə böyük zərər edib. Şirkət koronavirus pandemiyasının təsirlərinə məruz qaldığını bildirib.

Məlumatda deyilir ki, Londonda qərargahlanan enerji nəhəngi 2020-ci ilin ikinci rütbündə 16.8 milyard dollar dəyərində zərərinin olduğunu bildirib. 2019-cu ilin ikinci rütbündə şirkət 1.8 milyard dollar mənfəət əldə etmişdi.

Şirkət xalis zərərinin 6.7 milyard dollar olduğunu, müqayisədə isə ötən il 2.8 milyard xalis mənfəətinin olduğunu qeyd edib.

BP 2010-cu ildə baş verən neft axıntısından bəri ilk dəfə olaraq dividendini (hər bir səhmdarın payına düşən gəlir) bir öncəki rüblə müqayisədə 10.5 sentdən 5.25 sentə salıb.

Neft və qaz şirkətinin səhmləri bu il 40 faizdən çox azalıb.

Business Insider-in məlumatına görə, BP-nin ümumi zərərinə şirkətin əsas biznesi ilə əlaqəsi olmayan fəaliyyəti ilə əlaqədar 10.9 milyard dollarlıq xərcləri daxildir.

BP-nin biznesinin demək olar hər bir sahəsinə pandemiyanın neft istehlakına təsiri səbəbilə ziyan dəysə də, “neft ticarətində olduqca yaxşı nəticələr əldə olunub,” şirkət bildirib.

BP 2030-cu ildə emissiyalarını 30-35, satılan məhsulların karbon intesivliyini 15 və hidrokarbon istehsalını 40 faiz azaltmaq hədəfinə çatmaq üçün yeni strategiya elan edib.

Şirkət enerji mənbələrinə yanaşmasını “yenidən kəşf etmək” məqsədilə hər hansı yeni bir ölkədə neft axtarmayacağını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG