Accessibility links

"Belarus diktatorunun getmək vaxtıdır"


"Cənab Lukaşenko seçkini oğurlayıb və öz xalqına qarşı zorakılıq tətbiq edib. Artıq onun getmək vaxtıdır" - deyə, ABŞ-ın nüfuzlu The Washington Post qəzetində avqustun 14-də "Belarus diktatorunun getmək vaxtıdır" başlığı altında dərc olunan məqalədə yazılıb.

Qəzetdə deyilir ki, son bir neçə gündə həftələrdir dinc nümayişlər keçirən cəsarətli Belarus xalqının başları əzildi. Şahidlərin sözlərinə görə, KQB təhlükəsizlik xidməti saxlanılanları bütün gecə döyərək, onların əlləri və ayaqlarını da əzib. Prezident Aleksandr Lukaşenkonun saxtalarşdırılmış seçkilərdən sonra hakimiyyətdə qalmaq üçün apardığı qırğın ölkə boyu yeni qeyri-zorakı etiraz dalğasına səbəb olub.

“Cənab Lukaşenkonun getmək, Belarusun isə azad və ədalətli seçki vasitəsilə öz xalqının ləyaqətinə hörmət etmək vaxtıdır," qəzet bildirir.

Məqalədə qeyd olunur ki, həbsxanalarda avqustun 9-da keçirilən seçkidən sonra keçirilən etirazlar zamanı həbs olunan minlərlə insana qarşı pis rəftar olunub. Belə ki, azadlığa buraxılan kişilər polis dəyənəkləri və yumruqlarla vurulduqlarını, qadınar isə lüt soyundurulub, döyüldüklərini söyləyiblər.

"Cümə günü həbsxanalarda zorakılıqlarıın baş verdiyinə dair xəbərlər ölkə boyu yeni dinc etiraz dalğasına səbəb oldu. Bu nümayişlər Belarusda ictimai təşəbbüslə Lukaşenkonun 26 illik diktatorluğuna qarşı yeni hərəkatın başladığını əks etdirir. Minsk və digər şəhərlərdə minlərlə insan yürüş edib. Ağ lentlər, çiçəklər və şarlar etirazların simvollarına çevrilib. Minskdə hökümət binasının önündəki iğtişaş polisi qalxanlarını endiriblər, nümayişçilər isə onları qucaqlayıblar," qəzetdə bildirilir.

Həftənin əvvəlində rəsmilərin təzyiqi altında Litvaya getdiyi güman edilən Lukaşenkonun seçkidəki rəqibi Svetlana Tixanovskaya cümə günü bəyanat yayaraq Belarusda şəhər merlərini şənbə və bazar onun qələbəsini dəstəkləmək məqsədilə dinc nümayişlər təşkil etməyə çağırıb.

Məqalədə bildirilir ki, Avropa İttifaqının xarici işlər nazirləri Belarusa qarşı sanksiyaları müzakirə etsələr də, bu, uzun vaxt alacaq. Məqalədə həmçinin ABŞ-ın məsələyə reaksiyasının da zəif olduğu yazılıb. Belə ki, dövlət katibi Mayk Pompeo çərşənbə günü etirazlara qarşı rəftara görə narahat olduğunu deyib.

Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası bazar ertəsi Aleksandr Lukaşenkonun 80.23 faiz səs, onun əsas rəqibi, müxalifət namizədi Svetlana Tixanovskayanın isə 9.9 faiz səs topladığını bildirib.

Seçkinin ardınca seçki nəticələrinə və avtoritar prezident Aleksandr Lukaşenkonun 26 illik hakimiyyətinə son qoyulması tələbi ilə 5 gündür kütləvi nümayişlər keçirilir. Etiraz aksiyaları zamanı 7 minə yaxın insan həbs edilib, yüzlərlə insan yaralanıb.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG