Accessibility links

Rusiyanın peyvəndi və ona reaksiyalar


Rusiyanın peyvəndi və ona reaksiyalar
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Rusiya bu ay yeni koronavirusa qarşı ilk peyvəndi hazırlamaq üçün qlobal yarışda qalib gəldiyini elan edib. Ancaq bu qələbə və istehsalın genişləndirilməsini planlaşdırılması Rusiya peyvəndinin təhlükəsizliyi və effektivliyi ilə bağlı çoxlu sualların verildiyi vaxt elan edilib.

Dünyanın COVID-19 üçün peyvəndlə bağlı ümidsizliyə qapıldığı bir vaxtda, Prezident Vladimir Putin rusiyalı alimlərin Sputnik 5-lə köməyə gəldiyini deyib.

“Bilirəm ki, o kifayət qədər təsirlidir və davamlı immunitet yaradır. Və təkrar edirəm. Bütün zəruri yoxlamalardan keçib"- deyə, Rusiya Prezidenti Vladimir Putin qeyd edib.

Peyvənd dövlət tərəfindən idarə olunan Qamaleya İnstitutunun işinin nəticəsidir. İnstitut bir qrup işçi və könüllü üzərində sınaqların uğurla keçdiyini bildirir. Rusiya prezidenti qızının da bu sınaqlarda iştirak etdiyi açıqlanıb.

Lakin İnstitut yalnız indi genişmiqyaslı klinik sınaqlara başlayır. Bu, peyvəndin effektivliyini və təhlükəsizliyini sınamaq üçün müəyyən olunmuş standartdır.

Bu isə Rusiyanın qlobal səviyyədə öyünə bilmək və satışları qazanmaq üçün qısa yoldan istifadə etməsi ilə bağlı narahatlıqlara yol açır.

“Bu, mənim tərəfdən hər hansı bir qərəz demək deyil. Klinik müayinələrin 3-cü mərhələsini həyata keçirin və qəbul olunmuş beynəlxalq normalara əsasən peyvəndi bir neçə min insan üçün təhlükəsiz olduğunu göstərin. Bu işləsə, biz yalnız xoşbəxt olacarıq. Ancaq hazırda belə görünür ki, onlar tələsir" - deyə, Həkimlər Birliyinin üzvü Anastasiya Vasilyeva bildirib.

Hökumət gələn ay vaksini xəstəxanada çalışanlara vurmağı planlaşdırsa da, son sorğuda bütün rusiyalı həkimlərin yarıdan çoxu peyvənddən imtina edəcəklərini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı da Rusiyanın səylərinin ilk mərhələdə olduğunu qeyd edir... və yaxın aylarda istehsalın genişləndirilməsi planları ilə Kremlin tələsməməsi üçün xəbərdarlıq edir.

Bu arada, Rusiya səhiyyə işçiləri həkimlərin çox böyük bədəl ödədiyini deyirlər.

Hökumət statistikasının virusa qarşı mübarizədə əsl rəqəmləri gizlətdiyinə dair ictimai şübhələrin artması fonunda Sankt-Peterburqda yaradılan xatirə lövhəsi tibb işçilərinin ölümlərini izləyir.

“Həkimlərimizin pandemiyadan əziyyət çəkən ilk insanlar olacağı aydın idi. Buna görə də xatirə lövhəsini yaratmaq fikri yarandı ki, bu şəhər onları müdafiə edən, onları xilas edənləri unutmasın” - deyə, Xatirə lövhəsinin könüllü koordinatoru İrina Malsova qeyd edib.

Rusiya hazırda təxminən bir milyon yoluxma halı ilə yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra 4-cü yerdədir.

İnsanlar sosial məsafə, maskalar və digər qoruyucu tədbirlərin tətbiq edilməsindən bezdiklərini bildirir.

Rusiyalılar virusdan əvvəlki normal həyata qayıtmağa çalışır və xilas olmaq üçün təsdiqlənməmiş peyvəndə güvənmək kimi seçim edə bilər.

XS
SM
MD
LG