Accessibility links

Türkiyədəki uyğur fəalların narahatlığı artır


Türkiyədəki uyğur fəalların narahatlığı artır
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Çinin müsəlman türkdilli azlığa qarşı təqiblərindən sonra uyğurların bir çoxu Türkiyədə sığınacaq axtarırdı. Müşahidəçilər Çin hökuməti tərəfindən saxlananların vəziyyətini əsir düşərgələrinə bənzər bir vəziyyət kimi xarakterizə edirlər. Pekin Ankaraya təzyiqləri artırması ilə bəzi uyğur qaçqınlar Türkiyədə öz gələcəklərindən qorxur.

Son nümayişdə uyğur fəalları Türkiyə ərazisində Çinə qarşı səslərini ucalda bilmədiklərindən şikayətləniblər.

Daha əvvəl polislər fəalları Çin hakimiyyəti tərəfindən həbs edilən ailə üzvlərinin şəkilləri olan köynəklər geyindikləri üçün həbs etmişdi.

Türkiyə uyğur qaçqınlarını qəbul edən dövlətlər arasındadır. Onların çoxu İstanbulda yaşayır.

Şair Əbdürrəhim İmin Paraç yeddi il əvvəl İstanbula qaçıb. Xanımı Çinin saxlanma düşərgəsindədir. Paraç qorxur ki, onun Çini tənqid etməsi indi onu Türkiyə hakimiyyətinin hədəfinə çevirib.

Hazırda Çinin tanınmış uyğur fəallarına qarşı bir neçə ekstradisiya cəhdləri ilə mübarizə aparan insan hüquqları üzrə vəkil İbrahim Ergin deyir ki, Paraçın vəziyyəti qeyri-adi hal deyil.

Sabiq baş nazir Əhməd Davudoğlu Ərdoğan hökumətini Çin ilə iqtisadi əlaqələrini dərinləşdirmək üçün uyğurları qurban verməkdə günahlandırır.

Prezident Ərdoğan ittihamları rədd edərək, Türkiyənin on minlərlə uyğur üçün sığınacaq verdiyini deyib.

Çinin uyğurlara qarşı basqısı barədə daha çox xəbərlər gəldikcə, Türkiyə lideri Pekinin beynəlxalq ictimaiyyət tərəfindən qınağına qoşulmaqdan çəkinmişdi.

Bu sükut Paraç kimi uyğurları narahat edir. Paraç öz şeirlərində təsəlli axtarır. İllər boyu ailələrindən məlumat almayan bir çox uyğur üçün gələcək ümidli görünmür.

XS
SM
MD
LG