Accessibility links

Berlində Tofiq Yaqubluya dəstək aclıq aksiyası 9-cu gündür davam etdirilir


foto Əfqan Muxtarlının facebook səhifəsindən götürülüb
foto Əfqan Muxtarlının facebook səhifəsindən götürülüb

Almaniyada mühacirətdə olan jurnalist, keçmiş siyasi məhbus Əfqan Muxtarlı Berlində Almaniya kansleri Angela Merkelin ofisinin önündə 9-gündür aclıq aksiyasını davam edir.

Bu barədə Əfqan Muxtarlının özü Amerikanın Səsinə bildirib.

Əfqan Muxtarlı həbsinə etiraz olaraq aclıq aksiyası keçirən müxalif siyasi xadim Tofiq Yaqubluya dəstək nümayiş etdirdiyini deyir.

O hələlik səhhətlərinin normal olduğunu bildirib.

“Artıq aclığımın 9-cu günüdür. Hal-hazırda aclıq aksiyasını Samir Aşırovla mən davam etdiririk. Bu dövr ərzində 15 nəfərdən artıq adam, siyasi mühacir aclıq aksiyasına qoşulub. Orxan Ağayev aclığının 4-cü günündə təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Şəxsi problemi olan və səhhətində problem yarananlar da olub,” o qeyd edib

Jurnalist əlavə edib ki, prezident İlham Əliyev tezliklə Tofiq Yaqublunu azad etməlidir, əks halda Yaqublunun səhhətində yaranacaq problemlərə görə o cavabdeh olacaq:

Jurnalist deyib ki, Almaniyada olan beynəlxalq təşkilatların nümayəndələri və ayrı-ayrı dövlət məmurları ilə görüşüb.

“Bizimlə və Tofiq Yaqublu ilə maraqlanırlar, ətraflı məlumat veririk. Amma nəticələr barədə yəqin ki, Bakıda bilinəcək.”

Onun sözlərinə görə, aclıq aksiyasının Almaniyada rezonansı olub.

“Ümumiyyətlə Almaniya tarixində belə bir şey olmayıb. Heç zaman kanslerin ofisinin önündə 10 gün gecə-gündüz çadırlar qurularaq aksiya keçirilməyib. Bu ilk nümunədir. Alman cəmiyyəti bu aclıq aksiyasına çox həssas yanaşır. Hətta buradan keçən sadə vətəndaşlar belə bizə yaxınlaşaraq aksiyanı dayandırıb, başqa yollarla mübarizəni davam etdirməyi təklif edirlər. O cümlədən beynəlxalq təşkilatlar, Almaniyanın rəsmi nümayəndələri bizə aclığı dayandırmağı təklif edir. Sabah bizim icazəmizin axırıncı günüdür,” deyə o bildirib.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.

Müxalif siyasi xadimin aclıq aksiyasına dəstək məqsədi ilə Bakıda və Berlində aclıq aksiyaları təşkil edilib. Almaniyanın Nürnberq, Türkiyənin İstanbul, Kanadanaın Toronto şəhərində aksiyalar keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG