Accessibility links

Nyu Yorkun yeni küçə əyləncələri


Nyu Yorkun yeni küçə əyləncələri
please wait

No media source currently available

0:00 0:03:35 0:00

Karantin ola bilər, tətillər ləğv edilə bilər, məktəblərdə qismən bağlana bilər, lakin Nyu York şəhəri ruhunu itirmir. Davam edən pandemiya şəraitində Nyu Yorkun tək və yalnız saat 7 "Coviddən-azad" sosial məsafəli blok əyləncələri ürəkləri fəth etməkdə davam edir.

Öyrəşmədiyimiz Nyu Yorkun boş küçələri. Axşam uğultulu səslər Bruklindəki yeni reallığın bir parçası olub. O, yerli sakinləri karantinə salınmış şəhərin ortasında axşam blokuna dəvət edir. 2020-ci ilin yazından bəri bir neçə gündən bir davam edir. Hər şey Geyl Brayan-Vilin mənzilinin önündə alqış səsi eşidəndə başladı.

“Mən qazan səsi kimi bir səs eşitdim və dedim ki, bu, nədir? Və o, deyir - oh, saat yeddidir, qeyd edirik! Bunu xəbərlərdə görməyə başladım. Mən dedim - edəcəyim bir şey yoxdur, mən də qoşulacam!” - deyə, aparıcı Geyl Brayan Vill bildirib.

"O, bunun bir hissəsi olmaq istədiyinə qərar verdi, onun zənglə fiti var idi və o çölə çıxdı, zəngi çalmağa və hamı ilə əl çalmağa başladı!" - deyə, Co Vill qeyd edir.

Həyatın kiçik bir bayramı kimi başlayan hadisə qısa müddətdə bütöv bir əyləncə gecəsinə çevrildi. Yerli sakinlərin dediyinə görə, yeni reallıqla birlikdə - yaxınlarının COVID ilə əlaqəli fəsadlardan öldüyü bir vaxtda biri-birlərini dəstəklədikdə mübarizə aparmaq asandır.

“Bu mənim ərimdir, o, həkimdir və çox pis xəstələnmişdi. İşdə yoluxmuşdu və 3 həftə COVİD-lə mübarizə apardı. Mən onu bu qədər xəstə görməmişdim! Həqiqətən qorxulu idi ... ” - deyə, Yoqa müəllimi Kahlila Kramer bildirib.

Bu qədər insanın ya daimi xəsarətlər alması, ya da ölməsi... Özümü o qədər şanslı hiss edirəm ki, mən bunları yaşamadım. Ağır xəstə idim və nə olacağını bilmirdik!” - deyə, həkim Entoni Vavasis fikirlərini bölüşüb.

Qonşular səs-küydən şikayətlənmirlər. Əksinə - yalnız əyləncəyə qoşulmaq üçün küçəyə çıxırlar. Sonra qonşu məhəllələrdən insanlar da gəlməyə başladı və yerli hakimiyyət orqanları axşam 7-dən 8-dək ərazidəki küçələri bağlamağa icazə verdi. Universitet müəllimləri və inşaat işçiləri, gənc və yaşlılar, bütün irqlər, bütün siyasi mənsubiyyətlər - bunun heç bir əhəmiyyəti yox idi.

"Bu, hazırda hər kvartalda baş verməlidir, çünki irq, cinsi oriyentasiya, bədən tipləri, yaş hüdudlarından kənara çıxır" - deyə, rəssam Emmanuel Babu bildirib.

Villgilin ön eyvanı əyləncə həyatının mərkəzinə çevrildiyi üçün bir qədər məsuliyyət hiss edirlər.

“Bəzən həyat yoldaşım buraya çıxır. Birisini görəcək, unutduqları üçün bir-birinin əlinə vuracaqlar, sonra isə onlara dezinfeksiya üçün spirt verəcək, biz isə maska və su paylayacağıq!” - deyə, aparıcı Co Vill qeyd edib.

“Əvvəlcə rəqs etməkdən çəkinən bir çox insan, sonra başa düşdülər - necə rəqs etməyinizin heç bir əhəmiyyəti yox idi, çünki hərəkət etmədiklərini görəndə onlarla birlikdə hərəkət edirəm, onları mərkəzə itələyib deyirəm - rəqs edin! İndi isə onlar sərbəst rəqs edirlər!” - deyə, aparıcı Geyl Brayan Vill əlavə edib.

İnsanlar blok əyləncəsini sevsələr də, bir çoxları məntiqi sona çatacağını ümid edirlər, çünki pandemiya bitdikdən sonra buna heç bir ehtiyac qalmayacaq. Ancaq hələlik hər əyləncə COVID-in yeni qurbanlarının şərəfinə şam yandırmaqla başa çatır.

“Biz Nyu Yorkuq, sərtik. Sərt olmalısan, bu yer səni sərtləşdirir, amma yaxşı mənada sərt edir. Və bu uzun bir gün olsa, ki, bu uzun gündür, sevgi həmişə qazanır! - deyə, Nyu York Ştatının qubernatoru Endryu Kuomonun səs yazısı yayılır.

XS
SM
MD
LG