Accessibility links

Dağlıq Qarabağ münaqişəsində Rusiyanın budəfəki rolu


Keçmiş Sovet Respublikaları - Ermənistan və Azərbaycan arasında döyüşlər artıq üçüncü həftədir davam edir. Cənubi Qafqaz regionunda yüzlərlə insan ölüb və yaralanıb. Münaqişə Rusiyanın bölgədəki ənənəvi təsirini də sınağa çəkib.

Azərbaycan və Ermənistan - yenidən döyüşə girən qonşular…

yeni silah nəsli ... və qəzəb .... Dağlıq Qarabağ üzərindəki bu böyük böhranı alovlandırır ...

30 il əvvəl, Sovet İttifaqının dağıntıları altında yaranan münaqişə …

"İnsanlar zorakılıqlardan qaçaraq özləri üçün daha təhlükəsiz yerlər tapmağa çalışırlar ..." - deyə, Beynəlxalq Qızıl Xaç Komitəsindən Eteri Musayelyan bildirib.

O zaman olduğu kimi indi də Moskvanın rolu böyükdür.

Ölənlərin sayının artması ilə Kremlin baş diplomatı son bir neçə gün ərzində Moskvada keçirilən marafon danışıqlarda müvəqqəti atəşkəsə vasitəçilik edib.

“Hərbi əsirlərin, saxlanılan şəxslərin və cəsədlərinin mübadiləsi üçün humanitar məqsədlərlı 10 oktyabr 2020-ci il tarixində saat 12: 00-dan etibarən atəşkəs elan edilir” - deyə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Sülh bir gündən az davam etdi ... Müşahidəçilərin fikrincə, bu, Rusiyanın bir vaxtlar iradəsini nümayiş etdirdiyi bölgədəki təsirlərinin məhdud olduğunu göstərir.

“Rusiya Qafqazda nə edə bilər? Əvvəlki kimi daimi vasitəçilik. Lakin Rusiyanın vasitəçiliyi heç bir şeyə gətirib çıxarmadı” , analitik Aleksey Malaşenko deyib.

Azərbaycanı dəstəkləmək və Cənubi Qafqaz bölgəsindəki nüfuzunu genişləndirmək istəyən NATO üzvü kimi Türkiyə güc boşluğuna daxil olub.

Ankaranın hərəkətlərinə Rusiya bu günə qədər minimal təsir göstərib. Analitiklərin fikrincə, Kreml özünün yaratdığı geo-siyasi və ticari ambisiyaları ilə rəqabət aparır.

"Rusiya Türkiyə ilə üzləşə bilməz, çünki qaz və neft kəməri bazarında Rusiyanın ən böyük ticarət tərəfdaşı olan Azərbaycanla münasibətlərini poza bilməz" - deyə, regional ekspert Arkadi Dubnov bildirib.

Ancaq müharibənin genişlənməsi riski qalmaqdadır.

Rusiya prezidenti Vladimir Putin döyüşlərin Dağlıq Qarabağın hüdudlarından kənara və Ermənistana doğru keçdiyi təqdirdə, Rusiyanın Ermənistanla qarşılıqlı müdafiə müqaviləsinə əməl edəcəyi barədə xəbərdarlıq edib.

Moskva prioritetinin döyüşlərin dayandırılmasına yönəlmiş “əsaslı” danışıqlar olduğunu deyir.

Bu, Dağlıq Qarabağ uğrunda on illərdir davam edən münaqişənin həlli yolunda Rusiyanın nizamlanma səylərinin sonuncusu və bəzilərinin dediyi kimi Moskvanın Kremlin orbitindən kənara çıxmış regiona təsirinin davamıdır.

XS
SM
MD
LG