Accessibility links

İran Azərbaycanında "Biz Azərbaycanın özüyük" kampaniyası başlandı


İran Azərbaycanında və İranın türkdilli bölgələrində Azərbaycan Respublikası və ordusuna dəstək və İran hökumətinə etiraz məqsədilə "Biz Azərbaycanın yandaşı deyilik, Biz Azərbaycanın özüyük" adlı kampaniya başlanıb.

Bu kampaniyaya qatılanlar üzərində "Biz Azərbaycanının yandaşı deyilik, Biz Azərbaycanın özüyük" cümləsi yazılmış plakatları əllərində tutaraq öz fotolarını çəkdirib sosial şəbəkələrdə, xüsusilə İranda yeganə azad İnstagram sosial şəbəkəsində paylaşırlar.

İndiyə qədər yüzlərlə güneyli bu kampaniyaya qatılıb və kampaniya hələ də davam edir.

Son günlər Qarabağda baş verən müharibədə kiber məkanlarda İran-Ermənistan sərhədindən keçirilən yük maşınları ilə bağlı yayılan fotolar və videolar İranda azərbaycanlıların etirazına səbəb olub.

Azərbaycan və Ermənistan arasında gedən müharibə zamanı İran-Ermənistan sərhədində yerləşən Nurduz gömrüyündən bir sıra Kamaz yük maşının keçməsi videolarının sosial şəbəkələrdə paylaşılmasından sonra İran Azərbaycanında Qarabağa dəstək mitinqlərində “Nurduz gərək bağlana” şüarı səsləndirilmişdi.

Sentyabrın 28-də Azərbaycan ordusuna dəstək olmaq üçün Ərdəbilin Ciral parkında keçirilən mitinqdə bir çox sayda fəal həbs edilib və ağır işgəncələrə məruz qalıb.

"Biz Azərbaycanın özüyük"
"Biz Azərbaycanın özüyük"

Ərdəbildə baş verən bu etirazlardan sonra İran Azərbaycanının əksər şəhərlərində, o cümlədən Təbriz, Urmiyə, Zəncan, Tehran, Meşkinşəhr və Muğan kimi bölgələrdə baş tutan kütləvi mitinqlər İran hökuməti tərəfindən dağıdılıb və bir çox sayda insan həbs edilib.

Amnesty International təşkilatı İran Azərbaycanının müxtəlif şəhərlərində milli fəalların geniş miqyasda həbs olunmasından narahatlığını bildirərək, onların qeydsiz-şərtsiz azad edilmələrini tələb edib.

Şərhlərə bax

XS
SM
MD
LG