Accessibility links

Gürcüstanda parlament seçkisi keçirilir


Gürcüstanda şənbə günü yeni parlament və baş naziri seçmək üçün seçkilər keçirilir. Müxalifət partiyaları hakim partiyanı devirmək niyyətindədir.

Sabiq Sovet respublikasının parlamentindəki 150 yer uğrunda qırx səkkiz siyasi partiya və iki siyasi blok mübarizə aparır.

Hakim Gürcüstan Arzusu Partiyası lideri olan keçmiş milyarder baç nazir Bidzina İvanişvilinin namizədliyini irəli sürüb. Güc Birlikdədir və Vahid Milli Hərəkat Partiyalarından ibarət koalisiya isə sabiq prezident Mixail Saakaşvilinin namizəd göstərib.

Bu il konstitusiyaya edilən dəyişikliklərə əsasən, siyasi partiya və ya blok hökümət qurmaq üçün ümumi səslərin 40.54 faizini qazanmalıdır.

Lakin müxtəlif qurumların apardığı rəy sorğuları hər hansı müəyyən bir qalibin olacağını proqnozlaşdırmayıb.

Bu həftə hökumət yönlü televiziya kanalı Imedi TV-nin göstərdiyi nəticələrə əsasən Gürcüstan Arzusu partiyası səslərin 56 faizi ilə öndədir, Güc Birlikdədir və Vahid Milli Hərəkat Partiyalarından ibarət koalisiya sə 19.9 faiz səslə ikinci yerdə gəlir.

Mtavari kanalının apardığı bir digər rəy sorğusunun nəticələri Gürcüstan Arzusu partiyasısının səslərin 40 faizi ilə öndə, Güc Birlikdədir və Vahid Milli Hərəkat Partiyaları koalisiyasının isə 33 faizlə geridə olduğunu göstərib.

Adətən mübahisəli keçən Gürcüstan seçkiləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən müşahidə olunur.

Seçki məntəqələri yerli vaxtla səhər saat 8-də açılıb və axşam saat 8-də bağlanacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG