Misirdə şənbə günü ölkənin 27 vilayətindən 13-də parlamentin aşağı palatası uğrunda seçkilərin ikinci mərhələsi keçirilir. Yekun qalibləri müəyyən etmək üçün bir neçə həftə sonra seçkinin ikinci raundu keçiriləcək.
Misir mətbuatı bu ayın əvvəli seçkinin ilk mərhələsində seçkidə iştirak etməyən vilayətlərdə seçicilərin səhər saatlarında səs vermək üçün seçki məntəqələrinə axışdığını göstərib.
Misirin dövlət televiziyası prezident Abdel Fəttal Əl-Sissinin Qahirə yaxınlığında prezident sarayına yaxın bir seçki mənqətəsində səs verdiyini göstərib. Prezident misirliləri “vətəndaş borcunu yerinə yetirib, səs verməyə” çağırıb. Misirin təhlükəsizlik qüvvələri səsvermənin problemsiz keçməsini təmin etmək üçün səfərbər olunublar.
Misirin Milli Seçki Komissiyasının başçısı Laşin İbrahim jurnalistlərə deyib ki, şənbə günü 9468 seçki məntəqəsində səsverməyə məhkəmə nəzarət edib. O əlavə edib ki, seçki məntəqələri “COVID-19-un yayılmasının qarşısını almaq üçün sterilizasiya olunur.”
Prezident Sissinin “Xalqın Gələcəyi” partiyası bir neçə həftə keçirilən seçkinin ilk mərhələsində güclü nəticələr əldə edib. Misirin yarı-rəsmi Ah Ahram qəzəti ilk mərhələdə seçici fəallığının 28.06 faiz olduğunu bildirib.
Misirdə seçkinin iki mərhələsində iştirak etmək üçün 36 milyon insan qeydiyyatdan keçib və seçicilər iştirak etmədikləri təqdirdə 30 dollar cərimə ilə üzləşə bilərlər. Lakin bu cərimələr çox nadir hallarda tətbiq olunur.
Qahirədə siyasi sosiologiya üzrə dərs deyən Səid Sadek Amerikanın Səsinə bildirib ki, “heç bir siyasi istem parlament olmadan müasir görünə bilməz və parlamentin mövcudluğu ölkədə sabitlik və normallığın işarəsidir.”
“Hazırda seçilən parlament Prezident Sissinin hakimiyyəti dövründə fəaliyyət göstərən ikinci parlament olacaq və Yaxın Şərqin böyük hissəsində qarışıqlığın baş verdiyi bir vaxt rejimi həm ölkə daxilində həm beynəlxalq səviyyədə möhkəməndirir,” o qeyd edib.
568 yerlik parlamentin aşağı palatası yarısı uğrunda dörd min namizəd, dogər yarısı uğrunda isə təqribən 1100 namizəd rəqabət aparır. Bundan əlavə 28 əlave yerə Sissi üzv təyin edəcək.
2013-cü ildə ordunun dəstəyi ilə xalq inqilabı nəticəsində devrilən Müsəlman Qardaşlığının namizəd irəli sürməsinə icazə verilməyib. Partiyanın Qətər və Türkiyədəki nümayəndələri isə seçkini pisləyib.