Accessibility links

Kamala Harrisin ABŞ-da vitse-prezidentliyə seçilən ilk qaradərili qadın olacağı proqnozlaşdırılır


Kamala Harris
Kamala Harris

Kamala Harris Birləşmiş Ştatların vitse-prezidenti olacağı proqnozlaşdırılan ilk qaradərili qadın olaraq tarix yazır. O, iki əsrdən çoxdur ki, Amerika siyasətinin ən yüksək səviyyələrində kişilərin, ələlxüsus da ağdərili kişilərin olmasını təmin edən baryerləri aradan qaldırır.

56 yaşlı kaliforniyalı senator həmçinin vitse-prezidentliyə seçilən ilk Cənubi Asiya mənşəli insandır. O, Amerikanı təsnif edən, amma Vaşinqontdakı hakimiyyət mərkəzlərində olmayan multikulturallığı təmsil edir. Onun qaradərili kimliyi polis zorakılığı və sistemik irqçiliyin müzakirə olunduğu bu ildə öz şəxsi təcrübəsindın danışmasına imkan verib.

Harris son 20 ildir Demokratlar Partiyasının parlayan ulduzu olub. O, San Fransiskonun rayon prokuroru, Kaliforniyanın baş prokuroru, daha sonra isə ABŞ Senatoru olub.

Harris 2020-ci il seçki kampaniyası başa çatdırandan sonra Co Bayden onu vitse-prezidentliyə namizəd göstərdi. Onlar yanvarın 20-də andiçmə mərasimi nəticəsində Prezident və Vitse-Prezident vəzifəsinin icrasına başlayacaqlar.

Baydenin vitse-prezidentinin əlavə mühüm cəhəti odur ki, 78 yaşlı Bayden inaqurasiya edilən ən yaşlı prezident olacaq və 2024-cü ildə ikinci dəfə namizədliyini irəli sürəcəyini vəd etməyib.

Harris adətən namizədliyini pedaqoq Meri MakLeod Betun, vətəndaş haqları fəalı Fanni Lu Hamer və 1972-c ildə əsas partiyaların birindən prezidentliyə namizədliyini irəli sürən ilk qaradərili nümayəndə Şörli Çisholm kimi qaradərili qadınların irsini davamı olaraq təsvir edib.

“Bizə çox vaxt onların hekayələri öyrədilmir. Amma amerikalılar olaraq biz onların çiyinləri üzərində dayanırıq,” Harris avqust ayında vitse-prezidentliyə namizədliyi qəbul edərkən bildirib.

Harrislə bağlı həyəcanlara baxmayaraq, o və Bayden kəskin çətinliklərlə üzləşirlər ki, buna ABŞ-da artan irqi gərginliklər, azılıqlara qeyri-bərabər təsir göstərən pandemiya və qaradərili amerikalıların polis tərəfindən öldürülməsi məsələləri daxildir.

Harris Senata seçilən ikinci qaradərili qadındır. O, 1964-cü ildə vətəndaş haqları hərəkatında fəal olan iki valideynin ailəsində dünyaya gəlib. Hindistandan olan Şiamala Qopalan və yamaykalı Donald Harris Berklidə yerləşən Kaliforniay Universitetində tanış olunlar. Onlar Harris və onun bacısı kiçik yaşda olanda boşanıblar və Harris anası tərəfindən böyüdülüb. Harris anasını həyatına ən böyük təsir göstərən insan hesab edir.

Harris tarixən daha çox qaradərililərin oxuduğu Howard Universitetini bitirib. Onun qəlbəəsi daha çox qaradərili və digər azlıqları təmsil edən qadınların siyasətə daxil olmasına səbəb ola bilər.

Harrisin həyat yoldaşı yəhudi Doq Emhoffdur. Onun birinci evliliyindən olan uşaqları Kamalanı “Momala” çağırır.

XS
SM
MD
LG